Birinci Nügədi kənd məscidi — Azərbaycan Respublikasının Quba rayonunun Birinci Nügədi kəndində yerləşən XIX əsrə aid məscid.

Haqqında Birinci Nügədi kənd məscidi XIX əsrin əvvəllərində kənd sakinləri tərəfindən tikdirilmişdir. Məscid çiy kərpicdən, minarə isə 15 m hündürlükdə qırmızı kərpicdən inşa olunub. Minarə məsciddən təxminən 10-13 il əvvəl tikilib. İlk dəfə minarə məscid ilə eyni vaxtda tikilib. Amma sonradan tikilən məscidin kiçik olduğu görülüb və o sökülərək yerində hazırkı məscid tikilib.

Minarənin üzərindəki daş lövhədə bu kəlmələr yazılıb:

Minarənin sol tərəfindəki başqa bir daş lövhədə isə belə yazılıb:

Sovet işğalından sonra 1930-cu ildə məsciddən kinoklub, idman zalı və anbar kimi istifadə ediblər. Ətrafındakı hücrələr isə uşaq bağçasına verilmişdir. Anbar kimi fəaliyyət göstərən vaxt məscidin taxta döşəmələri sökülüb atılıb və üzlük daşlarla əvəz edilib. Məscidin dam örtüyü eroziyaya uğradığı üçün, 1986–cı ildə təmir olunub. Dam örtüyü dəyişdirilib, xarici fasadları yenilənib. Lakin içəri tərəfi təmir olunmayıb. Azərbaycan müstəqillik əldə edəndən sonra məscidin fəaliyyəti bərpa edilib. Lakin hazırda məscid qəzalı vəziyyətdədir.

Məscidin dini icması Dövlət Komitəsindən qeydiyyatdan keçərək fəaliyyət göstərir.

Şəkilləri

Həmçinin bax İkinci Nügədi kənd məscidi

İstinadlar

Xarici keçidlər Quba rayonu 1-ci Nügədi kəndindəki qəzalı məscid

Kateqoriya:Quba rayonunun məscidləri Kateqoriya:XIX əsr məscidləri