Qızqaçırtma — 2017-ci ildə çəkilmiş Azərbaycan komediya filmi.
Məzmunu "Siz sevin, biz qaçırarıq". Sloqandan göründüyü kimi, sevənləri qovuşduran, sifarişlə qız qaçıran şirkətin işçiləri filmimizin əsas qəhrəmanlarıdırlar. Uzun illərdir şirkətdə işləyən Məlik və Məmməd bir gün çətin sifariş alırlar. Varlı bir ailənin qızını sevən Gündüz, qızın atasından razılıq ala bilmədiyi üçün, tək çarə olaraq sevdiyi Günayı qaçırtmaq üçün, qəhrəmanlarımızın şirkətinə müraciət edir. Günayın çox ciddi qorumalar tərəfindən nəzrarətdə olması bu qaşırtma işini çətinə salır. Bunun üçün, Məlik və Məmməd, Qırğızıstanda bu işlə məşğul olan həmkarları Təzəkişini kömək üçün çağırırlar. Bütün hazırlıqlardan sonra min əziyyətlə qızı qaçırdan qəhrəmanlarımızı bir sürpriz gözləyir. Onların qaçırtdığı qız əslində Günay yox, onun əkiz bacısı Gülaydır. Öz başlarına yeni iş açan qəhrəmanlarımız, indi qızları dəyişməli və onların atasının təqibindən qaçmalıdırlar.
Filmin heyəti Rejissor — Rüfət Şahbazov Ssenari müəllifi — Fariz Əliyev, Kənan Yusif, Süleyman Süleymanzadə Quruluşçu operator — Əli Sultanov Quruluşçu rəssam — İqbal Əliyev Baş prodüser — Coşqun Vəliyev Səs rejissoru — Azad Vəliyev Səs operatoru — Orxan Ağalarov Kran operatoru — Aqil Həsənov
Rollarda Fərda Amin — Təzəkişi Kənan Yusif — Məlik Elşən Hacıbabayev — Məmməd Sevil — Gülay Sevinc — Günay Hacı İsmayılov — Əsgər Damla — Rəna Taleh Yüzbəyov — Gündüz Əlibəy Məmmədli — Tarık Tutuquşu — Miriş
Xarici keçidlər Filmi izlə Treyleri izlə
İstinadlar
Kateqoriya:2017-ci ilin filmləri Kateqoriya:2017-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın komediya filmləri