Doktor Strenc () – Marvel Comics-in eyniadlı komiks personajından bəhs edən 2016-cı il istehsalı ABŞ filmi. Film elmi fantastika, macəra və döyüş janrındadır. Film Marvel Kinematoqrafiya Kainatının 14-cü filmidir.

Film ilk dəfə 13 oktyabr 2016-cı ildə Honq Konqda, noyabrin 4-də isə ABŞda 3D və İMAX3D formatlarında göstərilmişdir. Film bütün dünyada 677 milyon $ qazanc əldə etmiş və tənqidçilərdən müsbət rəylər almışdır. Film Ən yaxşı vizual effektə görə Oskar mükafatı namizədi seçilmişdir.

Mövzu Katmanduda sehrbaz Kayesilius adamları ilə gizli Kamar-Taja daxil olur və oradakı kitabxanaçını öldürür. daha sonra o buradakı mistik bir kitabdan çox güclü bir sehr olan səhifəni cırır. Bunu bilən Qədim Biri onları təqib edir, lakin sonra onların izini itirir.

Doktor Stiven Strenc(Benedikt Kamberbetç) peşəkar bir beyin cərrahıdır. Lakin günlərin birində o, ağır bir avtomobil qəzası keçirir və əllərini idarə edə bilmir. Bütün pulunu əlini əvvəlki kimi sağlam vəziyyətə gətirmək üçün xərcləyən və çarəsiz vəziyyətdə olan Strenc bir gün Conatan Panqborn adındakı bir şəxsin onurğadan aşağısınım iflic olmasına baxmayaraq, birdən-birə sağaldığını eşidir və onun yanına gedir. Panqborn onu Himalayda yerləşən Kamar-Taja yollayır. Strenc burada Qədim Biri və onun tələbələri ilə tanış olur. Burada Qədim Biri öz gücü ilə onu astral səyahətə yollayır. Daha sonra Strenc ondan bu gücü ona öyrətməyi xahiş edir. Uzun isrardan sonra Qədim Biri ona gücün istifadə edilməsini öyrətməyi qəbul edir. Məhz bundan sonra onun başına ağlasığmaz hadisələr gəlir.

Rollarda Aktyor Rol Benedikt Kamberbetç Stiven Strenc / Doktor Strenc Çivetel Ejiofor Baron Karl Mordo Reyçel Makadams Kristin Palmer Benedik Vong Vong Maykl Stulbarq Nikodemus Vest Benjamin Bret Conatan Panqborn Skot Edkins Lusian Mads Mikkelsen Kayesilius Tilda Svinton Qədim Biri (Ancient One)

Qalereya

Həmçinin bax Doktor Strenc Marvel Kinematoqrafiya Kainatı

İstinadlar

Kateqoriya:2016-cı ilin ABŞ filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Honkonq haqqında filmlər Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:ABŞ-nin döyüş-macəra filmləri Kateqoriya:ABŞ-nin superqəhrəman filmləri Kateqoriya:İngilis dilində döyüş macəra filmləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:London haqqında filmlər Kateqoriya:Disney qalmaqalları Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Pinewood Studios filmləri Kateqoriya:Kinematoqrafiyada kastinq qalmaqalları Kateqoriya:Walt Disney Pictures filmləri Kateqoriya:Filmdə hərəkət tutma Kateqoriya:2010-cu illərin zaman səyahəti filmləri Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:Rebut filmlər Kateqoriya:2010-cu illərin döyüş macəra filmləri Kateqoriya:2010-cu illərin superqəhrəman filmləri Kateqoriya:2015-ci il haqqında filmlər Kateqoriya:Paralel kainatlar haqqında filmlər Kateqoriya:Maykl Cakkinonun bəstəkarı olduğu filmlər Kateqoriya:Zaman döngüsü filmləri