Zorakı detektiv () — 2015-ci ildə Cənubi Koreyada istehsal olunmuş macəra və komediya janrlarında film. Film 24 sentyabr 2015-ci ildə təqdim edilmişdir. Filmin mövzusu "Qatardakı qıraq adamlar" filmindən götürülmüşdür.
Mövzu Dae-man (Kvon Sanq-Vu) ölkənin ən qorxulu cinayətləri haqqında öz bloqunda yazan biridir. Ən böyük arzusu detektiv olmaq olan Dae-man bir neçə dəfə buna çalışsa da, bütün cəhdləri uğursuz olmuş və sonda komiks mağazası açmışdır. Bir gün ən yaxın dostu olan detektiv Jun-sunun üzərinə ağır bir cinayət böhtanı atılır və o həbs edilir. Dae-man isə dostunun günahsız olduğunu isbat etmək üçün araşdırmalara başlayır. Bu zaman o, detektiv Noh (Sunq Donq-İl) ilə birləşir və onlar bu cinayətlə əlaqəli başqa cinayətlərin də olduğunu aşkara çıxarırlar.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Cənubi Koreya filmləri Kateqoriya:Cənubi Koreyada çəkilən filmlər Kateqoriya:Koreya dilində filmlər Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:Polis detektiv filmləri Kateqoriya:2010-cu illərin dostluq komediya filmləri Kateqoriya:CJ Entertainment filmləri