Qaraqaya SES () — Türkiyədə Fərat çayı üzərində inşa edilmiş su-elektrik stansiyası. Stansiya 1987-ci ildə istifadəyə verilmişdir. Cənub-Şərqi Anadolu layihəsi əsasında inşa edilmiş 21 su-elektrik stansiyasından biridir. Burada gücü 300 MVt olan turbinlərin sayəsində ümumi güçü 1800 МVt olan elektrik enerji istehsal edilir.

Hər ilin su səviyyəsi aşağı düşən dönəmlərdə bir kəndin məscidinə aid olan minarə su səthinə çıxır. Suyun 30 metr üzərinə çıxmasına baxmayaraq minarə dağılmamışdır.

Konstruksiya Qaraqaya SES önündə 173 metr hündürlüyü olan dəmir-beton konstruksiyalı bənd vardır. Su elektik stansiyanın 1800 MVt gücü sayı 6 olan, hər birinin isə 300 MVt gücə malik turbinlər təşkil edir. Su anbarının sahəsi 298 km²-dir. Su tutumu isə 9,5 km³-dir.

Suriya və İraqla münaqişə Fərat çayı istər Suriya istərsə İraqda kənd təsərrüfatı və içməli suyun təmin edilməsində böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən su anbarının inşası planlaşdırılarkən hər iki dövlət bunun əleyhinə çıxmışdır. Bunun nəticəsi olaraq danışıqlar aparılmış və sonda anbardan 500 m³ suyun axıntısı təmin olunacağı razılaşdırılmışdır.

Köçürülmə 2013-cü il məlumatlarına görə Qaraqaya SES inşası zamanı 30 000 insan bölgədən köşürülmüşdür. Anbarda su səviyyəsi azalarkən müşahidə edilən minarə bir kəndə məxsusdur. Bu mənzərə istər yerli istərsə xarici turistləri bölgəyə cəlb edir. Təkcə bu kənddə 600 insanın yaşadığı ehtimal edilir. Hər il insanlar minarənin görünməsini bayram edirlər. Bu yerli əhali arasında bir adətə çevrilmişdir. Gələcəkdə məscidin tarixi abidə elan edilməsi və onun bərpası planlaşırılır.

Ekoloji vəziyyət Qaraqaya su anbarı region üçün olduqca əhəmiyyətlidir. Onun suyundan həm kənd təsərrüfatında istifadə edilir həm də burada balıq yetişdirilir. Suyun müayinəsi onun kirləndiyini göstərmişdir. Buna səbəb isə əkinçilikdə istifadə edilən kimyavi gübrələrdir.

İstinadlar