DoReDos — Moldovanın Rıbnitsa şəhərindən olan Marina Cundiet, Yevgeni Andriyanov və Sergey Mıtsanın yer aldığı musiqi triosu. Onlar "My Lucky Day" mahnısı ilə Moldovanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəyə finalda 10-cu yeri qazandırmışdırlar. Qrup daha öncə 2015 və 2016-cı illərdə Moldovanın Avroviziya Mahnı Müsabiqəsi üçün seçim turlarında iştirak etmişdir. Onlar 2017-ci ildə Yurmalada keçirilən Yeni Dalğa musiqi festivalında qələbə qazanmışdırlar.
Yaranma tarixçəsi thumb|right|250px|DoReDoS Filipp Kirkorov ilə DoReDos 2011-ci ildə Dnestryanıda yerləşən Rıbnitsa şəhərində qurulmuşdur. Onlar 2017-ci ildə Yurmalada keçirilən Yeni Dalğa musiqi festivalında Moldovanı təmsil etmiş və nəticədə qələbə qazanmışdırlar. Bunun ardınca qrup üzvləri Moldova hakimiyyəti tərəfindən təltif olunmuşdurlar. 2018-ci ilin mart ayından DoReDos Bis albom şirkəti ilə əməkdaşlıq etməyə başlamışdır. Onlar Filipp Kirkorovun bəstələdiyi "My Lucky Day" mahnısı ilə Moldovanı Avroviziya 2018-də təmsil edərək, ölkəyə finalda 10-cu yeri qazandırmışdırlar.
Diskoqrafiya Sinqllar Mahnı adı İl "Maricica" 2015 "FunnyFolk" 2016 "My Lucky Day" 2018
İstinadlar
Həmçinin bax
Kateqoriya:2018 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:Moldova Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Musiqi qrupları Kateqoriya:2011-ci ildə yaranan musiqi qrupları Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Triolar Kateqoriya:Moldovanın "Avroviziya" təmsilçiləri