La casa de papel ( və ya Kağız evi) və ya beynəlxalq adı ilə Money Heist () – Aleks Pina tərəfindən yaradılmış 2017-ci il istehsalı İspaniya soyğun teleserialı. Serial İspaniyada 2 may 2017-ci ildən 23 noyabr 2017-ci ilə kimi bir mövsüm olmaqla iki hissəli yayımlanmış və 15 seriya davam etmişdir. Baş rollarda Ursula Korbero, Pako Tous və Alba Flores çıxış edirlər. 25 dekabr 2017-ci ildə serialın birinci hissəsi - 9 seriyası Netflix tərəfindən 13 seriya şəklində bütün dünyada buraxılmışdır. 2017-ci ilin sonunda Netflix serialın dünya üzrə rəqəmsal yayım hüquqlarını əldə etdi. Serialı 22 bölümdən daha qısa hissəyə bölən Netflix, birinci hissəni 20 dekabr 2017-ci ildə, ikinci hissəsini isə 6 aprel 2018-ci ildə yayımladı. 2018-ci ilin aprel ayında Netflix 16 yeni epizod sifariş edərək serialın büdcəsini əhəmiyyətli dərəcədə artırdı. 8 hissədən ibarət 3-cü hissə 19 iyul 2019-cu il tarixində nəşr edilmişdir. 8 hissədən ibarət 4-cü hissə 3 aprel 2020-ci ildə nəşr olundu. 3 sentyabr 2021-ci ildə Netflix-də serialın 5-ci və son hissəsinin ilk 5 seriyası yayımlandı. 3 dekabr 2021-ci il tarixində serialın 5-ci bölümünün son 5 bölümü yayımlandı və bununla da serial bitdi.
Məzmun Professor () ləqəbli sirli bir adam tarixdə ən böyük pul soyğununu həyata keçirməyi planlaşdırır. Bu böyük ambiasiyalı planı həyata keçirmək üçün itirməyə heç nəyi qalmayan, xüsusi qabiliyyətlərə malik 8 nəfəri soyğuna cəlb edir. Məqsəd İspaniya Kral Zərbxanasına basqın təşkil etmək və 2,4 milyard avro pul çap edib aparmaqdır. Bunun üçün onların 11 günə ehtiyacları var. Bu zaman müddətində komanda 67 girov və polislərlə də məşğul olmalıdır.
Rollarda Ursula Korbero —Silene Oliveyra (Tokio) İtziar İtuno — Rakel Muriyo (Lissabon) Alvaro Morte — Serxio Markina (Professor/Salvador "Salva" Martin) Pako Tous — Aqustin Ramos (Moskva) Alba Flores — Aqata Ximenez (Nayrobi) Migel Erran — Anibal Kortes (Rio) Kiti Manver — Marivi Fuentes Enrike Arse — Arturo Roman Mariya Pedraza — Alison Parker Anna Qras — Mersedes Fernando Soto — Anhel Darko Periç — Mirko Dragic (Helsinki) Xuan Fernandes — Polkovnik Alfonso Prieto Xayme Lorente — Daniel Ramos (Denver) Fran Morsilyo — Pablo Ester Asebo Monika Qaztambide (Stokholm) Klara Alvarado — Ariadna Hovik Keuçkerian — Santiaqo Lopez (Boqota) Luka Peroş — Yakov (Marsel) Belen Kuesta — Xulia Martinez (Manila) Fernando Kayo — Polkovnik Luis Tamayo Rodriqo de la Serna — Martin Berrote (Palermo) Nayva Nimri — Alisia Sierra
Seriyalar
MövsümSeriya sayıYayımlanma tarixiBaşlanğıcBitişKanal1 (1-ci hissə)92 may 201727 iyun 2017Antena 31 (2-ci hissə616 oktyabr 201723 noyabr 2017Antena 32 (3-cü hissə)819 iyul 201919 iyul 2019Netflix2 (4-cü hissə)83 aprel 20203 aprel 2020Netflix3 (5-ci hissə: İlk 5 seriya)53 sentyabr 20213 sentyabr 2021Netflix3 (5-ci hissə: Son 5 seriya)53 dekabr 20213 dekabr 2021Netflix
Netflix Netflix serialın yayım hüquqlarını almış və 25 dekabr 2017-ci ildə birinci hissəsini bütün dünyada yayımlamışdır. Ancaq Netflix Spain vasitəsilə hər iki hissə buraxılmışdır. Birinci hissə 70 dəqiqəlik 9 seriyadan ibarət olsa da, Netflix seriyaların vaxtlarını kəsmiş və 13 seriya şəklində buraxmışdır. Hər seriyanın davametmə müddəti 40-50 dəqiqədir.
DVD buraxılışı Serialın bütün seriyalarını 8 yanvar 2018-ci ildən etibarən İspanca Amazon saytında öncədən sifariş etmək mümkündür.
İndiki Cənubi Koreya uyğunlaşması 2020-ci ilin noyabr ayında Netflix şounun Cənubi Koreyaya uyğunlaşdırılmasını yaradacağını elan etdi. Money Heist: Korea - Joint Economic Area adlı 12 hissədən ibarət istehsal BH Entertainment və Contents Zium arasında əməkdaşlıq olacaq və rejissor Kim Honq-sun olacaq. Uyğunlaşmanın istehsalı Cənubi Koreyada COVID-19 pandemiyası səbəbindən təxirə salınıb.
Spin-off seriyası 2021-ci ilin noyabrında Netflix 2023-cü ildə buraxılması planlaşdırılan Berlin adlı spin-off seriyası yaradacağını elan etdi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2017-ci ilin teleserialları Kateqoriya:İspaniya teleserialları Kateqoriya:İspaniya dram teleserialları Kateqoriya:İnternet serialları Kateqoriya:La casa de papel Kateqoriya:Dram teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Uydurmada etibarsız rəvayətçi