– Yaponiyanın Hokkaydo prefekturasının şərqində, Akan Milli Parkında yerləşən kaldera gölü. Hokkaydoda yerləşən bir çox toponim kimi bu gölün də adı Aynu dilindəndir. Səthinin sahəsinə görə Yaponiyanın ən böyük kaldera gölü, ümumilikdə isə 6-cı ən böyük gölüdür. Həmçinin Yaponiyada qışda tamamilə buz bağlayan ən böyük göldür.
Haqqında left|thumb|150px|Kuşşaro kalderası və Maşu kalderası. Gölün ortasında yerləşən Nakacima adası (Toya gölündə yerləşən eyniadlı ada ilə qarışdırmamalı) qarışıq vulkandır. Vulkan qazları gölün suyunun turşumasına səbəb olur, buna görə də gölə çay tökülən hissələr istisna olmaqla göldə çox az balıq növü yaşayır. Turşuluğa davamlı olan al-əlvan qızılxallı süni şəkildə gölə buraxılıb. 1951-ci ildə göldə nadir sikada növü (Oncotympana maculaticollis) kəşf edilmişdir və hökumət tərəfindən mühafizə olunur. Göl həmçinin harayçı qu quşlarının miqrasiya yolunun üzərində yerləşir.
Gölün sahilində bir neçə isti bulaq yerləşir. Gölə daxil olan Vakoto yarımadasında bir neçə aktiv kükürd çıxışı yerləşir.
Göl Yaponiyanın Lox Nessi kimi tanınır. 1973-cü ildə göldə Kuşşi adlandırılan bədheybətin göründüyünə dair məlumatlar yayılmışdır.
Qalereya
Həmçinin bax Yaponiyada turizm
İstinadlar
Xarici keçidlər
öncəsi | Kuşşaro kalderası | Kuşşaro Nakacima Kuşşaro - Smitsonian İnstitutu: Qlobal Vulkanizm Proqramı Teşikaqa Navi - Teşikaqa qəsəbəsi
Kateqoriya:Hokkaydo gölləri Kateqoriya:Krater gölləri Kateqoriya:Asiyada Sakit okeanın hövzəsi