Lolot və ya İstiot-lolot (latın dilində:Piper lolot) — İstiota oxşar bitki növlərindən biridir.

Lolot ağ gülləri, hündürlüyü 45–60 sm olan bitkidir.

Cənub-Şərqi Asiyada yetişdirilən Lolot bitkisinin vətəni Hind-Çin yarımadasıdır. Vyetnam, Laos və şimal-şərqi Tailand sakinlərinin mətbəxlərində ət yeməklərinin hazırlanmasında lolot bitkisinin yarpaqlarından geniş istifadə olunur, həmçinin bu bitkinin yarpaqları ABŞ-də yaşayan Laos və Vyetnam icmaları üçün ixrac olunurSeidemann, Johannes (2005). World Spice Plants: Economic Usage, Botany, Taxonomy. Springer. pp. p. 292. ISBN 3-540-22279-0. Bundan başqa, lolot yarpaqlarından ilan sancması, soyuqlama, mədə qıcqırmaları zamanı müalicə, həmçinin kosmetika məqsədilə istifadə olunur.

İstinadlar

Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Hind-Çin mətbəxi Kateqoriya:Laos mətbəxi Kateqoriya:Vyetnam mətbəxi Kateqoriya:Tailand mətbəxi Kateqoriya:1820-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Tropik Asiya florası