thumb|200px thumb|200px thumb|200px thumb|200px

Polşa mətbəxi () — Polşa mətbəxi öz yeməkləri ilə məşhurdur. Polşa mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Polşa mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılırMelvil Dewey, Richard Rogers Bowker, L. Pylodet, Library Journal, Volume 110, 1985; "Poland's cuisine, influenced by its German, Austrian, Hungarian, Russian, and other conquerors over the centuries." See also: Eve Zibart, The Ethnic Food Lover's Companion, p. 114. "Polish cuisine displays its German-Austrian history in its sausages, particularly the garlicky kielbasa (or kolbasz), and its smoked meats." (p. 108.) Polish Meals – Polish Food – Polish Cuisine . Retrieved June 6, 2011. Kasha, extended definition by Webster's Online Dictionary. Retrieved June 6, 2011..

Haqqında thumb|200px thumb Polşa mətbəxi hisə verilmiş ət və kolbasa, şirniyyat və desertlərilə, xüsusən də piroqları ilə məşhurdur. Yolunuz Polşaya düşsə, mütləq kələmli və göbələkli piroqlar, jurek (turş çovdar şorbası) və mal əti ruletlərdən dadın. Ziyafətlər Polşa mətbəxinin ayrılmaz hissəsidir. Əsrlər boyu baş verən tarixi dəyişikliklər Polşa mətbəxinə də təsirsiz ötüşməyib. Müxtəlif tarixi hadisələr region mətbəxlərində iz qoyub. Belə ki, qonşu ölkələr və immiqrantların təsiri xörəklərin müxtəlifliyi və zənginliyində əks olunub. Polşada kənd təsərrüfatı yaxşı inkişaf etdiyindən, milli mətbəxində yarmalar xüsusi yer tutur – çörək və blinlər Polyakların sevimli qidalarından sayılır. Tərəvəzli və ya ətli xörəklərlə yanaşı, tərəvəz şorbaları Polşa mətbəxində xüsusi yer tutur. Polyaklar maral əti, göbələk, meyvə və meşə otlarından geniş istifadə edir. Balıq və balıq məhsulları polyakların imtinaedilməz ərzaqlarındandır. Bir çox milli xörəklər ilkin reseptləri ilə hazırlanır və heç bir dəyişiklik olunmayıb. Polşada qəlyanaltı üçün yağ, sirkə və ya qaymaqda olan siyənək balığını seçmək olar. Ən çox sevilən Polşa xörəklərdən biri biqosdur. Biqos müxtəlif ət növləri, göbələk, bişirilmiş təzə kələm və turş kələmdən hazırlanan xörəkdir. Qolabki tomat və ya qaymaq sousu ilə verilən içi ət və düyü ilə doldurulmuş kələm yarpaqlarıdır. Bekon və ya turşular ilə doldurulmuş mal əti ruleti də Polşada məşhurdur"Always home-made, tomato soup is one of the first things a Polish cook learns to prepare." [in:] Marc E. Heine. Poland. 1987"Tu się w lasy schroniły wygnane ze zbytkowych stołów, narodowe potrawy, Barszcz, Bigos, Zrazy, Pirogi i Pieczeń" [in:] Jan N. de Bobrowicz. Maxymilian arcyksiąże Austryacki obrany Król polski. 1848. s. 74; "barszcz, rosół, sztuka mięsa, pieczenie huzarskie, bigos, pierogi, kiełbasa z kapustą, przede wszystkim zaś rozmaite kasze" Zbigniew Kuchowicz Obyczaje staropolskie XVII–XVIII wieku. 1975; "pieczeń cielęca pieczona (panierowana), pieczeń cielęca zapiekana w sosie beszamelowym, pieczeń huzarska (=pieczeń wołowa przekładana farszem), pieczeń rzymska (klops), pieczeń rzymska (klops z cielęciny) w sosie śmietanowym, pieczeń rzymska z królika " [in:] Stanisław Berger. Kuchnia polska. 1974.; Polish Holiday Cookery by Robert Strybel. 2003Maria Dembińska, William Woys Weaver. Food and Drink in Medieval Poland: Rediscovering a Cuisine of the Past. University of Pennsylvania Press. 1999 p. 95. History of Mead , a favored drink among the Polish-Lithuanian szlachta. Retrieved June 6, 2011.Robert Strybel, Maria Strybel. Polish Heritage Cookery. Hippocrene Books. 2005. p. 13.Jarosław Dumanowski: "Staropolskie książki kucharskie". Mówią Wieki, 12/09 (December 2009), pp. 36–40. .. thumb|

Şorbalar arasında çuğundurlu borş əsas yerlərdən birini tutur. Jurek şorbası çovdar unla hazırlanır və süfrəyə ağ kolbasa, bərk bişirilmiş yumurta, qıtıqotu ilə verilir. Meşə göbələklərindən hazırlanmış göbələk şorbası da fərqli dada malikdir. Ənənəvi piroqlar ət, pendir və ya meyvə ilə hazırlanır. Desertlərin arasında ən məşhurları meyvəli piroqlardır. Polşa mətbəxində turş kələm xüsusi yer tuturOrigins & Development of Vodka. The Gin and Vodka Association. ginvodka.org. Çünki o, bir çox xörəklərdə istifadə olunur və ayrıca salat kimi süfrəyə verilir. Turş kələm doğranılaraq duzlu suda qıcqırdılır. O, C, PP və bir çox B qrup vitaminlərlə zəngindir. Vodka ənənəvi Polşa içkisi hesab olunur. Lakin Polşada pivə hazırlama ənənəsi var ki, bu səbəbdən Polşa pivəsi bütün dünyada bəyənilir. Meyvə likörünü də polyaklar qədər ləziz hazırlayan ikinci millət tanıya bilməzsiniz. Polyak mətbəxinin əsas təamı biqosdur (ətli pörtlədilmiş kələm)"Jako zakonnik Święty Jacek działał w Polsce i na Rusi, był także przeorem w Kijowie, a stamtąd właśnie przyszły do nas wigilijne pierogi, knysze, kulebiaki. …" [in:] Helena Szymanderska. Polska wigilia. 2000Rose Petal Jam — Recipes and Stories from a Summer in Poland, by Beata Zatorska and Simon Target, published by Tabula Books 2011Rzeczpospolita .

Qalereya

İstinadlar

Xarici keçidlər Polish traditional meals with video recipes Short summary of the Polish Cuisine Polish Culinary Art in Culture page

Kateqoriya:Polşa mətbəxi