Bolqarıstan mətbəxi — Bolqarıstan mətbəxi öz yeməkləri ilə məşhurdur. Bolqarıstan mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Bolqarıstan mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır(Aprel 2006). "Bulgaria Poultry and Products Meat Market Update." Thepoultrysite.com. Accessed iyul 2011-ci il..

Haqqında Bolqar mətbəxi çox dadlıdır və tipik Bolqar mətbəxinin dadına baxmış, lakin onu sevməyən adam yoxdur. Sirr – bişirərkən istifadə olunan ədviyyatlardadır. Onlar yalnız yeməyi dadlı etmir, həmçinin çox sağlamdırlar və tərkibində çoxlu orqanik minerallar var. Daha çox spesifik dad qatmaq üçün salatlarda, şorba və digər yeməklərdə çoxlu təzə və yaşıl ədviyyatlar istifadə etmək, xüsusilə isti fəsillərdə ənənədir. Bundan əlavə, ədviyyəli ərzaqların burada məşhur olmasını bilmək sizdə təəccüb doğurmaz. Cocen kimi bəzi bitkilər bədənə olan xüsusi effektlərinə görə istifadə olunur, çünki onlar hormon pozğunluğu kimi bəzi tibbi problemləri müalicə edir. Əlavə olaraq, bir çox digərləri metabolizmi sürətləndirir. Bu bitkilərə reyhan, nanə və cəfəri aiddirZlatarski - Българската кухня през вековете p 78-79Deutsch, p. 87..

Yeməklər

Nahar Banitsa: yumurta, ağ pendir və qatıqdan hazırlanmışdırDeutsch, p. 88.. Banski slanet: ədviyyatlı kolbasa. Bansko rayonunda hazırlanırBousfield & Willis, p. 232.Sachsenroeder, p. 138.. Elenski: göyərti ilə qarışıq olan, havada qurudulmuş sosiska. Lukanka: mal əti və donuz ətindən hazırlanan ədviyyatlı kolbasa. Basdırma: ədviyyatlı mal əti kolbasıBousfield & Richardson, p. 40.Robert Sietsema, New York in a Dozen Dishes (Houghton Mifflin Harcourt, 2015), p. 112.. Sosiska: Balkanlarda, Şərqi Aralıq dənizində və Şimali Afrikada yayılmış tünd qırmızı kolbasaJonathan Bousfield & Dan Richardson, A Rough Guide to Bulgaria (Rough Guides, 2002), p. 40.Nichola Fletcher, Sausage: A Country-By-Country Photographic Guide With Recipes (DK: 2012), p. 217..

Şorbalar və yeməklər Güvəc şorbası: gil qabda bişmiş ədviyyatlı tərəvəzlərlə hazırlanan şorbaKay, p. 57. Tarator şorbası: xiyar, sarımsaq, qatıq və soğan ilə hazırlanan soyuq şorba. Qarın şorbası: Bolqarıstanda tanınmış ənənəvi şorbaSachsenroeder, p. 144; Deutsch, p. 88.Kay, p. 57; Ross, p. 70.. Bob şorbası: isti lobya şorbasıKay, p. 57; Ross, p. 67; Kelsey Kinser, Vegan Beans from Around the World: 100 Adventurous Recipes for the Most Delicious, Nutritious, and Flavorful Bean Dishes Ever (Ulysses Press, 2014), p. 29.. Smilyanski şorbası: Çuğunduru şorbasıRoss, p. 67.. Paça şorbası: turş şorba, çörək ilə hazırlanan şorba. Yeməyə sirkə əlavə edilə bilər (zövq üçün). Zələnçuq şorbası: tərəvəz ilə hazırlanan şorba. Quben şorbası: göbələk şorbası. Ribena şorbası: balıq şorbasıDK Eyewitness Travel Guide: Bulgaria, p. 233..

Salatlar Ovçarzka salatı: qızardılmış yumurta, göbələk ilə hazırlanan salatSachsenroeder, p. 143.. Ruska salatı: kartof, yerkökü, çörək və mayonez ilə hazırlanan salatSachsenroeder, p. 143.. Şopka salatı: doğranmış xiyar, soğan, bibər və ağ pendirlə hazırlanan salatDeutsch, p. 88; Sachsenroeder, p. 143.. Ağ qar salatı: qatıq, qoz, sarımsaq və doğranmış xiyar ilə hazırlanan salatSachsenroeder, p. 143; Kay, pp. 56-57; Richard Watkins & Christopher Deliso, Bulgaria (Lonely Planet, 2008), p. 55.. Torsi: kələm, çuğundur, və s. qış mövsümündə populyar tərəvəzlərlə hazırlanan salatRoss, p. 63; Kay, p. 57..

Şirniyyatlar Pita Şirin pita Ətli pita Poqaça Kravay Kolaç Banitsa Tikvenik Zelnik Paxlava Saraliya Parlenki Patatnik Qazamaq Byal Maz Tutmanik Milinka Qəvrəq Qozunaq Mekitsi Marudnitsi Katmi Palaçinki Lanqidi Tiqanitsi Dadnik Popara Sulovar Parceni filyi Solenki Kövrək Trinitsa Skrob Trahana

İçkilər

Şərablar Mavrud Pamid Qəmzə Melnik şərabı Dimyat Misgər Musqat Nohan və ya Lipa Divaçka Şivka Rubin Tamyanka

İçkilər Rakya Slivovitsa Qyulova Rakya (Qırmızı Rakya) Musqat Rakya Mastiqa Menta Pivələr Aryana Astika Bolyarka Burqasko Britos Kamenitza Leninika Lomsko Pirinsko Plevensko Şumensko Slavena Stoliçno Zaqorka

Fermentli içkilər Boza Ayran MatenitsaTropcheva et al., Antifungal activity and identification of Lactobacilli, isolated from traditional dairy product "katak" , Anaerobe (2014), doi: 10.1016/j.anaerobe.2014.05.010.

İsti içkilər Çay Spirtli içkilər Qreyana RakyaDeutsch, p. 87; Bousfield & Willis, p. 232. Qreyano VinoLay, p. 57.

Qalereya

Ədəbiyyat DK Eyewitness Travel Guide: Bulgaria (DK: rev. ed. 2011). Jonathan Bousfield & Matthew Willis, DK Eyewitness Travel: Bulgaria (DK: 2008). James I. Deutsch, "Bulgaria" in Ethnic American Food Today: A Cultural Encyclopedia (ed. Lucy M. Long: Rowman & Littlefield, 2015). Annie Kay, Bulgaria (Bradt Travel Guides: 2nd ed. 2015), p. 57. Fiona Ross, "Bulgaria" in Food Cultures of the World Encyclopedia (ed. Ken Albala: ABC-CLIO, 2011). Agnes Sachsenroeder, CultureShock! Bulgaria: A Survival Guide to Customs and Etiquette (Marshall Cavendish: 2nd ed. 2011). İstinadlar

Həmçinin bax Mətbəx Kulinariya Türk mətbəxi

Xarici keçidlər Bolqar mətbəxi haqqında ətraflı məlumat