Bazaleti gölü () — Gürcüstanda, Duşeti şəhərindən 5 km cənubda yerləşən göl. Dəniz səviyyəsindən 879 metr yüksəklikdə yerləşir. Sahəsi 1,22 km²-dir. Ən dərin yeri 7 metrdir. Həcmi 4 milyon km³-dir. Əsasən balıqçılıq, suvarma və istirahət sahələrində istifadə olunur. Yaxınlıqdakı kənd və tarixi rayon Bazaleti kimi tanınır. Gölün yanında Bazaleti qəsəbəsi mövcuddur. 1626-cı ildə burada 2 gürcü qrup arasında döyüş baş verdi.

Atmosfer çöküntülərini və müvəqqəti axını qidalandırır. Göl maksimum səviyyəyə iyunda, minimum səviyyəyə oktyabr ayında çatır. Yanvar və fevral aylarında gölün üzərini 50 sm-lik buz qatı örtür. İyulda suyun temperaturu 25 °C-ə qədər çatır. Suyun rəngi yaşıl-qəhvəyi olur. Gölün cənub-şərq, cənub və qərb hissəsində 5-6 metr dərinlikdə su bitkiləri yetişdirilir. Göl idman və balıqçılıq sahələrinin obyektidir. Gölün şimal-qərb sahillərindən kiçik bir suvarma kanalı çəkilib.

Tibbi xüsusiyyətləri ilə fərqlənir. Göl özünü təmizləməsi və doldurması kimi xüsusiyyətlərə malikdir. Bazaleti gölünün suyu, dermatoloji və ginekoloji xəstəliklər üçün, eləcə də revmatik və sümük-diş patologiyaları üçün müalicə edilə bilər. Bazaleti havası ürək-damar və iskemik xəstəliklər üçün faydalıdır.

Bazaleti hotel kompleksi 27 hektar ərazidə inşa edilmişdir. Buradakı xiyabanlar hotel kotteclərini və binaları bir-birindən ayırır. Kompleksdə 2500 illik gürcü və yəhudi xalqının dostluğuna və sevgisinə həsr olunmuş fəvvarə mövcuddur.

Qalereya

İstinadlar

Kateqoriya:Gürcüstan gölləri Kateqoriya:Qafqaz gölləri Kateqoriya:Kürün hövzəsi