thumb|Xoruz döyüşü, "Məzəli" jurnalı (№ 15, 11 aprel 1915-ci il). Rəssam: Əzim Əzimzadə thumb|İndoneziyada xoruz döyüşü, Bali, 1971-ci il thumb|Hindistanda, Tamil Naduda xoruz döyüşü Xoruz döyüşü — bir çox ölkələrdə keçirilən əyləncə növlərindən biridirXoruz döyüşü ölümlə nəticələndi – VİDEO . qafqaznews.az, 30.10.2015 .

Ənənə Adət-ənənəyə görə, hər il Novruz bayramında xoruz döyüşü təşkil edilirXoruz döyüşləri: "Heyratı", "Daş pipik", "Badam pipik" və "Yaponka" bir-birinə qarşı . apa.tv, 10.03.2015 .

Xoruz döyüşü üçün qabaqcadan xüsusi döyüşçü xoruzlar yetişdirilir. Bundan ötrü əsasən "Heyratı", "Daş pipik", "Badam pipik", "Yaponka" və başqa döyüşkən xoruz cinsləri bəslənilir. Onlara ət, fındıq, kişmiş verirlər ki, enerjili və sağlam olsunlar və döyüş zamanı caynaqlarına ülgüc kimi iti olan əlavə caynaq taxılır.

Xoruz döyüşü insanlara əyləncə ilə yanaşı, həm də gəlir mənbəyi hesab olunur. Belə ki, xoruz azarkeşləri güclü xoruza mərcə girib pul qoyurlar, pul da götürürlər.

Döyüşün nəticəsi Xoruzların meydanda hansı xoruzla qarşılaşacağı əvvəlcədən təyin edilirAzərbaycanda qeyri-adi mərc: meydan qana boyanmalıdır . sputnik.az, 21.03.2016 . Döyüşəcək xoruzların çəkisi və boyu düz gəlməlidir. Ona görə də döyüşdən əvvəl xoruzlar yan-yana düzülür və hansı hansına uyğun gəlsə, rəqibi o seçilir.

Xoruz döyüşlərinin nəticəsində sadəcə bir xoruz sağ-salamat qalır, elə qalib də o seçilir. Döyüş meydanında yatan və döyüşdən qaçan xoruz uduzmuş sayılır. Uduzan xoruz qalib xoruzun yiyəsinə verilir. Əgər döyüş 2 saat ərzində davam edərsə və qalib bilinməzsə, o zaman bərabərlik elan olunur. Yəni yarış başa çatır və xoruzların arasında sülh bağlanır.

Coğrafiyası Bir çox ölkələrdə heyvan döyüşdürülməsi qadağan olunasa da, bu adət-ənənə hələ də yaşamaqdadır.

Belə ki, bu döyüşlər Azərbaycanda, Türkiyədə, İranda, Gürcüstanda və İndoneziyada keçirilir. Amma bu döyüşlərin keçirilməsi qanunla qadağandır. Hətta Sovet dövründə də Azərbaycanda bu yarışın keçirilməsi qadağan olunmuşdu. Amma insanlar bu yarışı gizlində də olsa keçirirdilər.

İstinadlar

Xarici keçidlər

Xoruz döyüşü "YouTube"da.

Kateqoriya:Azərbaycanda əyləncə Kateqoriya:Heyvanlar idmanda Kateqoriya:Qumar oyunları Kateqoriya:Toyuq Kateqoriya:Ənənələr Kateqoriya:Heyvanlara qarşı qəddarlıq Kateqoriya:Sindhi mədəniyyəti