Pritçett adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın mərkəzində yerləşir. Ən hündür nöqtəsi 401 metrdir. Nansen adasın ondan şimal-qərbdə yerləşir. Ondan 2 km-lik Hamilton boğazı ilə ayrılır. Bromic adası isə ondan şimal-şərqdədir. Bu iki adanı 800 metrlik Nyukom boğazı ayırır. Təsviri Ada ovalvari formaya malikdir. Onun uzunluğu 11 km-dir. Bu uzunluq Şimalda Massivnıy, cənub-qərbdə isə Bazarnıy burunları arasında yerləşir. Adanın böyük hissəsi buzla örtülüdür. Buzlaqların hündürlüyü 400 metrə çatır.
Yaxınlığında yerləşən adalar Bliss adası Zub adası Brays adası
Xəritə Xəritə
Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları