Natrium sulfit Na2SO3 – natrium və sulfit turşusunun duzudur. Rəngsiz kristal maddədir.
Alınması Natrium karbonatın məhlulunun kükürd(IV) oksidlə reaksiyasından:
Na2CO3+SO2 → Na2SO3+ CO2
Natriumhidrosulfit məhlulunu NaOH məhlulu ilə neytrallaşdırmaqla:
NaHSO3+ NaOH → Na2SO3 + H2O
Ə. B. Əliyev. Qeyri-üzvi kimya. Bakı 2007. s.180 Natrium hidroksidin kükürd(IV) oksidlə reaksiyasından :
2NaOH +SO2 → Na2SO3 + H2O
Xassələri Natrium sulfit güclü reduksiyaedicidir. Adi temperaturda su məhlulundan Na2SO3∙7H2O kristalhidrat şəklində ayrılır. Natrium sulfitin məhlulu havanın oksigeni ilə asanlıqla oksidləşir:
2Na2SO3+ O2 → 2Na2SO4
2. Natrium sulfit məhlulunu kükürdlə qızdırdıqda natrium tiosulfat alınır:
Na2SO3+ S → Na2S2O3 Natrium sulfitin sulfat turşusu ilə reaksiyası kükürd(IV)oksidin alınması üçün istifadə olunur:
Na2SO3 + H2SO4 → SO2+Na2SO4+ H2O Natrium sulfiti qızdırdıqda disproporsiya reaksiyası nəticəsində sulfid və sulfat alınır: 4 Na2SO3 →t Na2S + 3Na2SO4
Tətbiqi V. M. Abbasov, A. M. Məhərrəmov, M. M. Babanlı, M. A. Babanlı, A. M. Tağıyev. Qeyri-üzvi kimya. Bakı 2001.s 141–142 Natrium sulfit pestisidlərin istehsalında, tərkibində xrom olan axar suların zərərsizləşdirilməsində, ağardılmış parçadan xlorun artığının çıxarılmasında, əlvan metal filizləri üçün flotoreagent kimi, həmçinin kinofoto sənayesində geniş tətbiq olunur.
İstinadlar
Kateqoriya:Natrium birləşmələri Kateqoriya:Konservantlar