Lazar Parapetsi (; ) — V əsr erməni tarixçisi. Knyaz Vardan Mamikonyanın xahişi ilə Favstos Buzandın tarixini davam etdirən keşiş.
Ermənistan tarixi Lazar Parpetsi tərəfindən V əsrin sonu-VI əsrin əvvəllərində yazılmış Ermənistan tarixi əsərində Cənubi Qafqaz xalqlarının istiqlaliyyət uğrunda mübarizəsindən bəhs edilir. Parpetsi 387-ci ildə Ermənistanın parçalandığı vaxtdan V əsrin sonlarınadək olan bir dövrdə baş verən hadisələri əhatə edir. Sənədlərə və müasirlərinin dediklərinə əsaslanan müəllif 450–451-ci illərdə Sasanilər əleyhinə hərəkat haqqında Yelişenin məlumatlarını zənginləşdirir və 481–484-cü illərdə Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı üsyanını təsvir edir. Parpetsinin əsəri bir də ona görə qiymətlidir ki, bütün erməni müəlliflərindən fərqli olaraq o, bütün Qafqaz xalqları arasındakı yekdillik və bərabərliyi tez-tez xatırladır.
Ədəbiyyat
Xarici keçidlər Translator's Preface to the English translation of History of the Armenians English translation of the History of the Armenians – mirror if main site unavailable
Kateqoriya:V əsr tarixçiləri Kateqoriya:Erməni tarixçilər Kateqoriya:Ermənistan tarixi