Egirin — mineral.
Haqqında Egirin - tərkibində 70-100 mol% egirin komponenti olan monoklinik piroksen, NaFe3+[Si2O6]. NaFe3+¬® Ca(Mg,Fe2+) əvəzlənməsi adi haldır. Egirin avgitlə, həmçinin egirin diopsidlə fasiləsiz izomorf seriyaları vardır. Habitus prizmatik, iynəvari. Xüsusi çəkisi 3,6. Rəngi tünd-yaşıl. Qələvi siyenit, qranit və peqmatitlərdə. Metasomatik süxurlar içərisində dəmirli kvarsit qatları egirinitlər əmələ gətirir. Növ müxtəlifliyi: blanfordit, Ca-egirin , V-Egirin.
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
İstinadlar
Kateqoriya:Dəmirin mineralları Kateqoriya:Natriumun mineralları Kateqoriya:Silikatlar (minerallar)