Xroma körfəzi — Şərqi Sibir dənizinin şərqində yerləşən körfəz. Xrom Oxu yarımadası ilə materik arasında yerləşir. Materik daxilinə 100 km məsafədə daxil olur. Eni isə 5 km-dir. Sahillərində tundra bitkiləri yayılmışdır. Əsasən hamardır. Bəzi hissələrdə isə hündürlük 15 metrə çatır. Körfəzə Xroma, Lapça, Keremesıt, Kuçunnay çayları tökülür. Xroma qolu ilə Vostoçnı körfəzi birləşir. Şərq hissəsində Uzenski adası yerləşir.
Körfəz ətrafı bataqlıqlaşmışdır. Körfəzdən şimalda yerləşən göllər: Uzornoe və Tutax-Kyuel. İlin böyük qismi körfəz buzla örtülü olur.
İnzibati cəhətdən Rusiya Federasiyası Saxa Respublikası ərazisinə daxildir.
İstinadlar
Kateqoriya:Şərqi Sibir dənizinin körfəzləri Kateqoriya:Yakutiya körfəzləri