Dalğa TV — Azərbaycanda fəalliyyətini dayandırmış film telekanalı (2017–2021).

Haqqında 14 noyabr 2017-ci ildə Milli Televiziya və Radio Şurasının iclasında "Dalğa TV"-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. İclasda Dalğa TV-yə peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib. 20 noyabr 2017-ci ildə Dalğa TV "Azerspace-1" peyki ilə test yayımına başladı. Həmin test yayımı müddətində yalnız filmlər göstərilirdi.

4 dekabr 2017-ci il saat 17:00-da əsas yayıma başladı. "Dalğa TV"-də dünyanın tanınmış kinostudiyalarının istehsal etdiyi bədii filmlər, eləcə də yerli seriallar yalnız Azərbaycan dilində yayımlanırdı.

"Dalğa TV" dünyanın digər kinoşirkətləri ilə əməkdaşlıq edirdi. Həmin şirkətlərin məhsulları olan film və seriallar Azərbaycan dilində dublyaj olunmaqla yayımlanırdı.

Telekanalın yayımı "Azerspace-1" peyki, eləcə də Azərbaycanın bütün kabel televiziyaları və Dalğa TV-nin rəsmi saytı olan "dalga.az" üzərindən həyata keçirilirdi.

1 avqust 2020-ci ildən etibarən "Dalğa TV"nin yayım keyfiyyətinin artırılması məqsədilə MPEG-4 formatına keçib.

11 dekabr 2020-ci il saat 15:49 radələrində loqosunu sağ yuxarı küncdən sol yuxarı küncə keçirmişdir.

15 aprel 2021-ci ildə "Dalğa TV"nin yayımı texniki nasazlıqlar səbəbindən dayandırılmışdır.

Milli Televiziya və Radio Şurasının 24 may 2021-ci il tarixli iclasında "Dalğa TV"nin peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq həyata keçirilmədiyini nəzərə alaraq telekanalın lisenziyasına xitam verilmişdir.

Yayımladığı seriallar Adı Orijinal adı Mövsüm sayı Bölüm sayı Yaş səviyyəsi Yayım müddəti Yayım vaxtıİmtahan3607Ümumi11.12.2017 - 06.07.2020Həftə içi 5 gün - 12.30Ata ocağı3594Ümumi05.12.2017 - 03.07.2020Həftə içi 5 gün - 13.30Bu da bu110Ümumi23.05.2020 - 27.06.2020Şənbə günü - 08.00Xalxın evi3115Ümumi10.12.2017 - 07.06.2020Bazar günü - 08.00İşdə məhəbbət macərası110Ümumi07.03.2020 - 09.05.2020Şənbə günü - 08.00Ay yay yay276Ümumi28.01.2019 - 29.02.2020Şənbə günü - 17.00Sevgi hərarəti122Ümumi16.11.2019 - 26.01.2020Həftə sonu - 17.00Mən robot deyiləm116Ümumi22.09.2019 - 10.11.2019Həftə sonu - 17.00Taxt-tac oyunları66018+06.01.2018 - 29.06.2019Şənbə günü - 21.00Vikinqlər56112+06.01.2018 - 29.06.2019Həftə içi 5 gün - 22.00Gəzən ölülər44318+24.12.2017 - BilinmirBazar günü - 23:00Niyə?130Ümumi08.12.2018 - 29.06.2019Şənbə günü - 12.00Kiçik gəlin2339Ümumi04.12.2017 - 12.06.2019Həftə içi 5 gün - 17.30 Bənzərsiz gözəl 1 130 12+ 10.09.2018 - 15.03.2019 Həftə içi 5 gün - 20.00 Əbədi sevgi 2 235 Ümumi 04.12.2017 - 11.01.2019 Həftə içi 5 gün - 17.00 Romantik həkim 1 21 12+ 26.11.2018 - 24.12.2018 Həftə içi 5 gün - 21.00 Ailəcanlı 2 41 Ümumi 09.12.2017 - 01.12.2018 Şənbə günü - 12.00 Müttəhim 1 18 12+ 29.10.2018 - 21.11.2018 Həftə içi 5 gün - 21.00Şopinq kralı Lui 1 16 12+ 01.10.2018 - 22.10.2018 Həftə içi 5 gün - 21.00İllər sonra 2100 12+ 02.03.2018 - 28.09.2018 Həftə içi 5 gün - 21.00Sevgi qanunu1145 12+ 04.12.2017 - 29.06.2018 Həftə içi 5 gün - 18.00Bəyaz kölə162 7+ 04.12.2017 - 01.03.2018 Həftə içi 5 gün - 21.00Cehizsiz gəlinlər1141 7+ 05.12.2017 - Bilinmir Həftə içi 5 gün - 15.00

Həftəlik proqram

Həftə içi 5 gün Adı Yaş səviyyəsi 07.05 Bədii film Dəyişkən08.45 / 10.15 / 18.45 / 21.00 / 23.00 / 01.00 / 03.00 / 05.00Animasiya filmiÜmumi12.00Günə bir şouÜmumi14.15Serial: Bu da buÜmumi15.00Hind filmi12+ +Şənbə və BazarAdıYaş səviyyəsi07.05 Bədii filmDəyişkən 09.00 / 13.40 / 15.20 / 21.00 / 00.00 / 02.15 / 04.00 / 05.30Animasiya filmiÜmumi11.00 / 17.00Hind filmi12+23.00Serial: İllər sonra 12+

İstinadlar

Kateqoriya:Dalğa TV Kateqoriya:Azərbaycan televiziya kanalları Kateqoriya:Azərbaycan dilində televiziya kanalları Kateqoriya:Fəaliyyətini dayandırmış Azərbaycan televiziya kanalları