Çin kütləvi informasiya vasitələri — Çin Xalq Respublikasının kütləvi informasiya vasitələri.
Tarixi Çin Xalq Respublikasında müasir tipli qəzetlərin nəşrinə XIX əsrin ortalarından başlanılmışdır.
Dövri nəşrlər 2008-ci ildə ölkədə ümumi tirajı 35 milyard nüsxə olan dövri nəşrlərin sayı 2 mindən çox idi. Onların təqribən 20%-i Çin Kommunist Partiyasının orqanıdır.
Qəzetlər Aparıcı ümummilli qəzetlərin hamısı Pekində nəşr olunur ki, onlara misal olaraq, bunları göstərmək olar:
"Jenmin jibao" ()
ÇXR MK-nın orqanıdır. 1948-ci ildən, gündəlik nəşr olunur. Tirajı təqribən 5 milyon nüsxədir.
"Qunjen jibao" ()
Ümumçin həmkarlar ittifaqları federasiyasının orqanıdır. 1949-cu ildən, gündəlik nəşr olunur. Tirajı 2,5 milyon nüsxədir.
"Szefan-tszyun bao" ()
ÇKPMK Hərbi şurasının orqanıdır. 1956-cı ildən, gündəlik nəşr olunur. Tirajı təqribən 800 min nüsxədir.
"Çjunqotsinnyan bao" ()
Çin Kommunist Gənclər İttifaqı MK-nın orqanıdır. 1951-ci ildə təsis edilmişdir, 1978-ci ildən həftədə 4 dəfə çıxır. Tirajı 3 milyon nüsxədir.
Elm və təhsil məsələləri "Quanmin jibao" () gündəlik qəzetində işıqlandırılır. Həmin qəzet 1949-cu ildən nəşr olunur. Tirajı təqribən 6 milyon nüsxədir.
İngilis dilində olan "China Daily" qəzeti 1981-ci ildən gündəlik buraxılır.
İri regional qəzetlərə misal olaraq, bunları göstərmək olar:
"Sitszan jibao" ()
1956-cı ildən Lxasada gündəlik olaraq, Çin və Tibet dillərində) nəşr olunur.
"Nanfan jibao" ()
1952-ci ildən Quançjouda gündəlik nəşr olunur.
"Sint szyanjibao" ()
1956-cı ildən Urumçidə gündəlik nəşr olunur.
"Quansi jibao" ()
Nannində gündəlik nəşr olunur.
Jurnallar Ölkənin aparıcı jurnallarının hamısı Pekində nəşr olunur ki, onlara misal olaraq, bunları göstərmək olar:
"Tsyuşi" ()
ÇKP MK-nın nəzəri orqanıdır. 1958-ci ildən 1988-ci ilədək "Xuntsi" () adlanırdı.
"Jenmin xuabao" ()
1951-ci ildən aylıq olaraq, Çin və 17 xarici dildə nəşr olunur.
"Peking Rewiev"
1958-ci ildən həftəlik olaraq, ingilis, alman, fransız, ispan və yapon dillərində nəşr olunur.
Radio Ölkədə radio verilişləri 1927-ci ildən aparılır. 1947-ci ildə ölkədə 42 dövlət, 90 özəl və xarici radiostansiya fəaliyyət göstərirdi. Bu sahə 1949-cu ildə milliləşdirilmişdir.
Pekin şəhərində Mərkəzi Xalq Radio Verilişləri Stansiyası yaradılmışdır.
Müxtəlif məlumatlara görə, 2008-ci ildə ölkədə 1200-dək radiostansiya işləyirdi.
Çin Beynəlxalq Radiosu 1941-ci ildən fəaliyyət göstərir. 2008-ci ilin məlumatlarına görə bu radio 38 dildə və 5 yerli Çin dialektində verilişlər yayımlayırdı.
Televiziya Ölkədə televiziya 1958-ci ildən fəaliyyət göstərir.
2008-ci ilin məlumatlarına görə Çində 450-dən çox telestudiya var idi.
İnformasiya agentlikləri Ölkədə iki dövlət informasiya agentliyi var:
"Sinxua"
1931-ci ildə Juytszin şəhərində təsis edilmiş, 1937-ci ilədək "Qırmızı Çin" adlanmışdır; 1937-ci ildən Pekində fəaliyyət göstərir.
"Çjunqo"
Pekində təsis edilmiş bu agentlik 1952-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti əsasən xaricdə yaşayan çinliləri məlumatlandırmaq məqsədi daşıyır.
İstinadlar
Kateqoriya:Ölkələrinə görə Asiya kütləvi informasiya vasitələri