İsveç kürdləri (; ) — İsveçdə yaşayan kürd icmasına verilən ümumi ad. İsveç kürdləri əsasən ölkə paytaxtı Stokholm və İsveçin əsas şəhərlərindən olan Uppsalada yaşayırlar. 1970-ci ildən etibarən kürdlərin İsveçdə müntəzəm olaraq məskunlaşması başlamışdır. Rəsmi məlumatlara görə ölkədə 83.600 nəfər kürd əsilli şəxs yaşayır və bu şəxslərin əksəriyyəti İsveçdə anadan olan yeni generasiyanən nümayəndələridir.

2004-cü ildə yaradılan və Börlenge şəhərini təmsil edən Dalkurd FK futbol klubu ölkədəki yerli kürd icmasının əsas simvollarından hesab olunur. Dalkurd FF 2017-ci il Superettan (əhəmiyyətinə görə ikinci futbol çempionatı) mövsümündə II yeri tutaraq, ölkənin əsas futbol çempionatı olan Allsvenskanda iştirak etmək hüququ əldə edib.

İstinadlar