Kimçxek (), və ya əvvəlki adıyla Soncin (, 1951-ci ilə qədər) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimal-şərqində yerləşən Hamqyon-Pukto vilayətində, Yapon dənizinin, Kim-Çxek-Xan körfəzinin və Namde çayının sahilində yerləşən şəhər. 2008-ci ildə keçirilən əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 207,299 nəfərdir.

Adı Yaponiya hakimiyyəti dövründə (1910—1945) şəhər "Şirotsu" olaraq bilinirdi. 1951-ci ilə qədər şəhər Soncin adlandırılırdı. Rus dilində tez-tez Kim-Çxek və ya Kim-Çak kimi tərcümə olunur. Şəhər hal-hazırkı adını Koreya müharibəsi zamanı almışdır. Şəhər adını Şimali Koreyanın önəmli bir siyasi və hərbi şəxsi olan Kim Çxekdən almışdır.

Tarixi Şəhər əvvələr bir balıqçı kəndi idi. Şəhər 1899-cu ildə dəniz ticarəti üçün limanın açılmasından sonra, iqtisadi baxımdan sürətlə böyüməyə başladı. Liman kənd təsərrüfatı məhsulları, odun və s. ixrac edirdi. Yaşayış məntəqəsi 1931-ci ildə şəhər statusu almışdır. 1930-cu illərdə mineral yataqların inkişafına başlayan şəhər, regionun əsas sənaye mərkəzi olmuşdur.

İqtisadiyyat Kimçxek Yapon dənizində yerləşən mühüm bir liman şəhəridir. Şəhər bir dəmir məmulatı zavoduna və Kimçxek Politexnik İnstitutuna ev sahibliyi edir.

Mədəniyyəti Şəhərdə prezident Kim İr Senin fəaliyyətinə həsr olunmuş kiçik bir muzey var. Şəhərdə həmçinin, həm həvəskar, həm də peşəkar oyunlara ev sahibliyi edən milli futbol stadionu mövcuddur. Bundan başqa, görməli yerlər arasında şəhər ətrafında səpələnmiş olan abidələr var.

Nəqliyyat Şəhərdən magistral yol və dəmiryolu keçir. Şəhərin mühüm bir limanı mövcuddur. Limanda "Texın" balıq ferması fəaliyyət göstərir."Koreya" jurnalında Texın balıqçılıq müəssisəsi

Tanınmış sakinləri Li Den Ok — 1977-ci ildən 1984-cü ilədək KXDR-in İnzibati Şurasının sədri. Çxo So He — Koreya yazıçısı. Yon Nam Tsoy — Viktor Tsoyun ulu babası.

Mənbə

İstinadlar

Ədəbiyyat Dormels, Reyner. North Korea's Cities: Industrial facilities, internal structures and typification. () Cimondan, 2014. «Словарь современных географических названий» (), 2006. «Большой Энциклопедический словарь» (), 2000.

Xarici keçidlər

Kimçxek şəhərinin profili

Kateqoriya:Şimali Koreya şəhərləri