Bhilai (, və ya ) — Hindistan Respublikasıın mərkəzi hissəsində, Çhattisqarh ştatında, Durq-Bhilai aqlomerasiyasında şəhərBHİLAİ . ensiklopediya.gov.az Census van 1 maart 2001 (via archive.org).

Etimologiya thumb|left|200px|Bhil uşaqları "Bhilai" adının ilk olaraq bu bölgədə yaşayan Bhil tayfasının adı ilə bağlı olduğu bildirilir. Onların bu günə qədər yaxınlıqdakı meşəlik ərazilərdə yaşamağa davam etdiklərinə inanılır.

Coğrafiyası Bastar platosunda, dəniz səviyyəsindən 292 metr yüksəklikdə yerləşir.

Şəhər 21 ° 22 ' Şimal enində və 81 ° 43' Şərq uzunluğunda yerləşir.

Şəhərin yerləşdiyi saat qurşağı UTC +5:30-dur.

İqlimi Bhilainin iqlimi tropikdir. Yay aylarında, iyun ayından sentyabr ayına qədər bu ərazidə yağışlar yağma göstəricisi çox yüksəkdir. Orta illik yağıntı miqdarı 1188 mm-dir.

Orta illik temperatur 26.6 °C-dir.

Əhalisi 1991-ci ildə şəhərin əhalisi 686 min nəfər idiWielka Encyklopedia PWN, Warszawa 2002, t. 7, s. 446, t. 1-30, t. 7.

2001-ci ildə şəhərin əhalisi 1,064,077 nəfər olmuşdur ki, 51,28 %-i kişilər, 48,72 %-i isə qadınlar idi. Əhalinin 10,99 %-i 6 yaşadək uşaqlar olmuşdur. Savadlılıq dərəcəsi 87,02 % təşkil etymişdir. Bu da ölkədə qeydə alınmış ümummilli ortalamadan yüksəkdir. Kişilər arasında savadlılıq 93,12 %, qadınlar arasında isə 80,62 % təşkil etmişdir.

2006-cı ildə şəhərin əhalisi 644 min nəfər idi. Aqlomerasiyada isə 1037,4 min nəfər olmuşdur.

2011-ci ildə şəhərin əhalisi 1,006,407 nəfər olmuşdur.

Sənayesi Sənaye parkı; iri dövlət metallurgiya kombinatı, kimya sənayesi, metal emalı müəssisələri fəaliyyət göstərir; tikinti materialları istehsal olunur. Şəhərdəki metallurgiya kombinatı Dekan yaylasının mərkəzi hissəsində olan ən iri metallurgiya kombinatıdır.

Bhilainin yaxınlığında dəmir və manqan filizləri, daş kömür yataqları var.

Təhsil Bhilai şəhəri yaxşı orta təhsili ilə tanınır. Təhsil müəssisələrində əsasən mühəndis və həkim hazırlanır.

Şəhərdə ali məktəblərdən Bhilai Texnologiya İntitutu fəaliyyət göstərir. Həmin ali ntəhsil müəssisəsi 1986-cı ildə yaradılmışdır.

Mədəniyyət Şəhər Mərkəzində Milli Əl sənətləri Sərgisi () kimi böyük sərgilər keçirilir. Həmçinin Şəhər Mərkəzi Nehru Sənət Qalereyasının da yerləşdiyi məkandır.

Nəqliyyat thumb|Bhilai Naqar dəmir yolu stansiyası Şəhər Mumbay–Kəlkətə magistralında dəmir yolu qovşağının üstündədir.

Durqa dəmir yolu xətti bu şəhər ilə başqa şəhərləri birləşdirir. Raypur hava limanı isə Bhilai şəhərinə 40 km-lik məsafədə yerləşir.

Şəhərin sakinləri əsasən öz avtomobilləri ilə və ya işəgötürənlər tərəfindən təmin edilən nəqliyyat vasitələri ilə işə gedirlər.

Həmçinin bax Bhillər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Hindistan şəhərləri