Monte "Avo" Melkonyan (; ) — erməni terrorçusu, ASALA terror təşkilatının ASALA-RM (revolutionary movement) qanadının qurucusu, podpolkovnik. Birinci Qarabağ müharibəsi iştirakçısı, Monte Melkonyan Xocalı soyqırımı zamanı əsir düşmüş Azərbaycanlılara işgəncə verilməsində çox aktiv iştirak etmişdir.
Həyatı Monte Melkonyan 1957-ci il noyabrın 25-də ABŞ-nin Kaliforniya ştatında anadan olmuşdur. Berkli universitetini arxeologiya ixtisası üzrə bitirmişdir. 1978-ci ildən Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələrin tərəfində döyüşmüşdür. Bundan sonra Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştirak etmişdir. 24 sentyabr 1981-ci ildə Melkonyan Parisdəki Türkiyə səfirliyinə hücum təşkil etmişdir. Həmin ilin noyabrında Fransa polisi onu həbs etmiş, həbsi zamanı üstündən saxta sənədlər aşkar olunmuşdur. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror hadisəsi törətmiş və sonda Fransa hökuməti Melkonyanı Livana deportasiya etmişdir, lakin bir müddət sonra o saxta sənədlərlə yenə də Fransaya qayıtmışdır. Bu müddət ərzində o fələstinli azadlıq döyüşçüsü Əbu Nidal ilə sıx əlaqə saxlamışdır.
1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk hava yolları şirkətinin kassaları qarşısında partlayış təşkil etmişdir. Nəticəsində 8 nəfər həlak olmuş, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 1985-ci ildə o Fransa polisi tərəfindən yenidən həbs olunmuş və terror aktının təşkilində günahkar bilinərərk 6 il müddətinə azadlıqdan məhrum edilmişdir, lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılmış və o 1989-cu ildə azadlığa buraxılaraq Fransadan Yəmənə deportasiya edilmişdir. Ancaq orada çox qalmayıb saxta sənədlərlə yenidən Avropaya gələrək bir müddət orada yaşamışdır.
1990-cı ildə Melkonyan Ermənistana gəlmiş və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə getmişdir. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri olmuşdur. Monte Melkonyan Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara da işgəncə verilməsində çox aktiv iştirak edirdi.
Ölümü Monte Molkonyanın öldürülməsi ilə bağlı Azərbaycan ictimaiyyətində iki məşhur iddia var:Quşlar xəbər gətirdi ki, Monte Melkonyan sağdır — Səxavət Məmməd, olke.az, 30 iyun 2016Monte Melkoniyanı kim öldürüb? — musavat.com, 23 oktyabr 2012
Yüksək səviyyədə təbliğ edilən iddiaya görə, M. Melkonyan İbad Hüseynov tərəfindən öldürülmüş, daha sonra isə başı kəsilmişdir. Lakin, M. Melkonyanın dəfni zamanı başının yerində olması ictimaiyyətdə müəyyən suallar yaratmışdır və yalan olduğu ortaya çıxmışdır. Digər bir iddiaya görə isə, 12 iyun 1993-cü ildə Mərzilidə gedən döyüşdə 258 nömrəli PDM-in ekipajı tərəfindən açılan atəşlə öldürülüb.
Filmoqrafiya 258 №-li piyada döyüş maşınının ekipajı (film, 2014) Xüsusi təyinatlı İbad (film, 2016)
İstinadlar
Xarici keçidlər Xətai Baxışov: "Qarabağda erməni ilə döyüşmüş, qan tökmüş hər bir kəs bizim qardaşımızdır" http://www.peeep.us/a5caebf3
Kateqoriya:Məşhur terorçular Kateqoriya:Ermənistanın Milli Qəhrəmanları Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Ermənistan sosialistləri Kateqoriya:Xocalı soyqırımını törədənlər Kateqoriya:Ermənistan inqilabçıları Kateqoriya:Ermənistan kommunistləri Kateqoriya:Qarabağ münaqişəsi Kateqoriya:Livanda vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:Ermənistan milliyyətçiləri