Şirvanşahlar dövləti (, , Shīrwān Shāh) — 861–1538-ci illərdə Cənub-şərqi Qafqazda, əsasən indiki Azərbaycan Respublikası və qismən də indiki Dağıstan ərazisində, vaxtilə mövcud olmuş Azərbaycan dövlətidir.Tadeusz Swietochowski. Russia and Azerbaijan: A Borderland in Transition, Columbia University, 1995, p. 2, ISBN 0231070683: "In the fifteenth century a native Azeri state of Shirvanshahs flourished north of the Araxes." Ərazisi şərqdə Dərbənddən Kür çayı mənsəbinə qədər Xəzər dənizi sahilərindən başlayaraq, Şirvan tarixi vilayəti ilə yanaşı, qərbdə bəzən Gəncə şəhərinə qədər uzanmış, ayrı-ayrı vaxtlarda Şəki və Qarabağı o cümlədən Beyləqanı da əhatə etmişdir. Paytaxtı Şamaxı, bəzən isə Bakı şəhəri olmuşdur.

Şirvanşahlar dövlətinin banisi Heysam ibn Xalid, son hökmdarı isə Şahrux ibn Fərrux Yasar hesab edilir. Şirvanşahlar dövlətinin varlığına Səfəvi hökmdarı I Təhmasibin Şirvana yürüşləri nəticəsində son qoyulmuşdur.

Şirvanşahlar dövləti təxminən 7 əsr mövcud olmuş və həmin müddət ərzində dövlətin banisi hesab edilən Heysəm ibn Xalidin nəslindən olan şahlar — Şirvanşahlar sülaləsi, bu dövləti idarə etmişdir. Bəzi tarixçilər Şirvanşahlar sülaləsinin hakimiyyət dövrünü 3 mərhələyə — Məzyədilər, Kəsranilər və Dərbəndilər dövrünə bölürlər və hesab edirlər ki, əgər Məzyədilər özlərinin ərəb mənşələrini qoruyub saxlaya bilmişdilərsə, Kəsranilər özlərini daha çox Sasani şahlarının nəslindən hesab etmiş və İran mədəniyyətinəBarthold, W., C. E. Bosworth "Shirwan Shah, Sharwan Shah. "Encyclopaedia of Islam. Edited by: P. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel and W. P. Heinrichs. Brill, 2nd editionC. E. Bosworth, "ŠERVĀNŠAHS" in Encyclopaedia Iranica. Excerpt 1: "ŠERVĀNŠAHS (Šarvānšāhs), the various lines of rulers, originally Arab in ethnos but speedily Persianized within their culturally Persian environment" Excerpt 2:"). Just as an originally Arab family like the Rawwādids in Azerbaijan became Kurdicized from their Kurdish milieu, so the Šervānšāhs clearly became gradually Persianized, probably helped by intermarriage with the local families of eastern Transcaucasia; from the time of Manučehr b. Yazid (r. 418–25/1028–34), their names became almost entirely Persian rather than Arabic, with favored names from the heroic national Iranian past and with claims made to descent from such figures as Bahrām Gur " meyil göstərmişdilər. Dərbəndilər isə ənənəvi "Şirvanşah" titulu ilə yanaşı həm də "Xan" və "Xaqan" titulları da daşımışM. Rıhtım – Seyid Yəya Bakuvi və Xəlvtilik, Bakı, 2006 və türk mədəniyyətinin təsiri altında olmuşdur.Faruk Sümer, Azerbaycan'ın Türkleşmesi Tarihine Umumi Bir Bakış, Belleten, sayı:83 (1957), s. 432Osman Turan — Selçuklu Tarihi ve Türk-İslam Medeniyeti, Ankara, 1965, səh 238

Şirvanşahların himayəsi altında Azərbaycan mədəniyyəti zənginləşdirilmiş, inkişaf etdirilmiş, Azərbaycan ədəbiyyatının Əbülüla Gəncəvi, Nizami Gəncəvi, Xaqani Şirvani, Nəimi, Nəsimi, Seyid Yəhya Bakuvi kimi klassikləri yaşayıb yaratmışlar. Şirvanşahlardan dövrümüzə Şirvanşahlar sarayı, Bibiheybət məscidi, Bakı qalası, Pirsaatçay xanəgahı kimi onlarla dəyərli tarixi-memarlıq abidəsi qalmışdır.Şirvanşah Əbu Tahir dövlətin ərazisini cənubda Kür çayına,şimalda Dərbəndə kimi genişləndirdi. 918-ci ildə qədim Şamaxını bərpa etdirərək paytaxtı bu şəhərə köçürdü.

Tarixi coğrafiyası

Antik müəlliflər Şirvanın adını çəkmirlər. Bu ad yalnız Sasanilər dövründən məlumdur. Şirvan, bir vilayət kimi VI əsrin I yarısında Şabran və Gilgil çayları arasında Sasanilər tərəfindən yaradılmışdı. Sasani hökmdarı I Xosrov şimal sərhədlərini qorumaq üçün sərhəd boyunda yerləşən ayrı-ayrı əyalətlərə qohumlarından hakimlər təyin etdi. Şah titulu verilmiş bu hakimlər arasında digərləri ilə yanaşı Şirvanşahların da adları sadalanır.Robert H. Hewsen. Armenia according to the Asxarhac'ouc. Revue des études arméniennes, nouvelle série, t. II, Paris, 1965, s.341–342. Bu vilayətlərin siyahısı, ehtimal ki, Albaniyanın Sasanilər vaxtında inzibati cəhətdən mərzbanlıqlara bölündüyü dövrdən qalmışdır. Ərəblərin dövrundə və sonralar həmin vilayətlər Şirvan dövlətinin tərkibinə daxil idi. Əl-Bəlazuri Şirvanşah adını Xosrov Ənuşirəvanın Şərqi Zaqafqaziyaya təyin etdiyi xırda padşahlar sırasında çəkir.Əl-Bəlazuri, s.5. İbn Xordadbeh ilk Sasani şahənşahı Ərdəşirin (224–241-ci illər) vilayət hakimlərinə verdiyi şiriyanşah (şiranın bir variantı) titulunun adını çəkir.İbn Khordadbeh. Kitab al-Masalik Wa'1 — Mamalik. BGA, ed. M. Jde Goeje, 6, Lugd. Batav, 1889, s. 17.

Şirvan ölkəsinin adı çəkilən ən qədim mənbə elə həmin "Erməni coğrafiyası"dır. Burada Şirvanın coğrafi mövqeyi verilmişdir:

"Qafqaz dağları iki silsiləyə bölünür: biri düz istiqamətdə Şirvan ölkəsinə və Xsrvana tərəf ta Xorsvemədək gedib çıxırJ. Marquart — Osteuropaishe und ostasiatishe Streifzuge. Leipzig, 1903, s. 170 ikincisindən isə şimala Atil çayına doğru axan Zərm çayı başlanır. Bu silsilə sonra şimala doğru yönəlir… Əlgminon bataqlığına və dənizin içərilərinə qədər gedib çıxan və Əbzud Qubad adlanan uzun sədd onun davamıdır. Bu dənizin şimal tərəfində massagetlər yaşayır. Vardan düzündə Qafqaz sıra dağlarının gəlib çatdığı və Dəmirqapı Dərbənd divarının uzandığı Xəzər dənizinə qədər dənizin içində iri qala tikilmişdir. Şimal tərəfdə (Dərbənddən) dənizin yaxınlığında hun məmləkəti yerləşir…"Géographie de Moise de Corene d'après Ptolémée, texte arménien, traduit en français par le P. Arsene Soukry Mekhitariste, Venise, 1881, c.37, дpeвнeapмян. тekcт, c.27.

Bu lokallaşdırmaya görə VII əsrin əvvəllərində Şirvan vilayətinin ərazisi Dərbənddən Qafqaz sıra dağları boyunca Xorsvemə, yəni Xursan qalasına, xurs tayfası ölkəsinin (indiki Xızı rayonu) sərhədlərinədək və ehtimal ki, Abşeron da daxil olmaqla Kür çayının mənsəibnədək uzanırdı. "Əlgminon bataqlığı və dənizə qədər" sözləri, görünür, Kür çayının geniş bataqlıq və qamışlıqla örtülmüş mənsəibnə və deltasına işarədir.A.Ф.Ляйcтep и Г.Ф.Чypcин. Гeoфaфия Зakaвкaзья. M., 1929, c.169.

Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə (VIII–IX əsrlər) Şirvanın sərhədləri şimalda Qafqaz dağlarının cənub-şərq ətəkləri, cənub-qərbdə onu Arrandan və Muğandan ayıran Kür çayı, şimal-qərbdə Qanıx çayına kimi idi. XIV əsrin birinci yarısında (1340-cı il) Həmdullah Qəzvini yazırdı: "Şirvan ölkəsi Kür sahillərindən Dərbəndə (Bab əl-Əbvab) qədər uzanır."The geographical part of the Nuzhat-al-Qulub, composed by Hamd Allah Mustawfı of Qazwin in 740 (1340) ed. and transl. by G. Le Strange. Leyden-London, 1915, 1919 (GMS, XXIII, 1–2), s.93.

Əhalisi

Şirvan hələ qədimdən müxtəlif yerli və gəlmə tayfalarla məskunlaşmışdı. Bunu yazılı mənbələrlə yanaşı, arxeoloji və toponimik materiallar da sübut edir. V əsr müəllifı Favstos Buzand IV əsrin birinci yarısı ilə bağlı hadisələrdən danışarkən maskut hökmdarı Sanesanın "müxtəlif köçəri tayfalardan" ibarət qoşunu sırasında hunların, təvəsparların, xeçmatakların, ijmaxların, balasaçilərin və i.a. adını çəkir.Иcтopия Apмeнии Фaвcтoca Бyзaндa. Пepeв. M. A.Гeвopгянa. Epeвaн, 1953, c.15–16 VII əsrin əvvəlinə aid anonim bir mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sadalanır. Mətndə adları çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, şərvanlar, xsranlar, təvəsparlar, xeçmataklar, ijmaxlar, bakanlar, pikonaklar (peçeneqlər), maskutlar.Apмянckaя гeoфaфия, c.36–39; Гeorpaфия, изд. Cykpи, c.36–37

Orta əsr müəllifləri eramızın başlanğıcından Şirvana türkdilli hunlar, sabirlər və xəzərlərin yürüşləri barədə məlumat verirlər. Köçərilərin basqınlarından qorumaq məqsədi ilə Sasani hökmdarları I Qubad və I Xosrov Ənuşirəvan Şirvana Lahican, Təbəristan, Gilan və sair əyalətlərindən irandilli tayfa köçürmüşdü. Türkdilli tayfaların Şirvana axını VI əsrdə xüsusilə güclənmişdi. Həmin dövrdə Qafqazda ən qüdürətli tayfa birliyi Dağıstan ərazisində yaşayan sabirlərə məxsus idi. Onlar Şirvanı və Arranı tutub keçmiş məkanları olan Dərbənd–Qəbələ zonasına yayılmışdılar. Təqribən I əsrdə orada yaşayan sabirlərin bir qismi yeli əhali ilə qaynayıb qarışaraq oturaq həyata keçmişdir. Şimali Qafqazda yaşayan türk tayfa ittifaqına qalib gələn I Xosrov Ənuşirəvan əsir alınmış 3 min hərbi başçını, o cümlədən ailələri ilə birlikdə 50 min nəfərdən ibarət türk döyüşçüsünü Arran və Şirvanda yerləşdirdi. Türkdilli tayfaların Şirvanda məskunlaşması prosesi intensiv olaraq davam etmişdir. VII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd əsir aldığı 40 min xəzəri Samur və Şabran arasındakı əraziyə köçürmüşdü.

Dil Şirvanşahlar dövlətində iki dənə rəsmi dillər var idi. Ərəb dili və Pəhləvi dili. Ərəb dili daha çox ilahiyyatda və elmi işlərdə istifadə olunurdu. Pəhləvi dili isə şeirlərdə, ədəbiyyatdə və xalq arası danışılırdı. Bügünkü Tat dili, Pəhləvi dilinin, Şirvan şivəsinin qalığıdır.

Xanədan

Şirvanşahlar sülaləsi

250px|thumb|right|Arif Ərdəbili "Fərhad və Şirin" əsərini Şirvanşah Huşəngə təqdim edir. Tədqiqatçılar Şirvanşahlar tarixini dörd dövrə bölürlər: ilk Şivanşahlar, Məzyədilər, elmi ədəbiyyatda Kəsranilər adlandırılan XI–XIV əsr Şirvanşahları və Dərbəndilər. İlk Şirvanşahların şah titulu daşımaları onları müəyyən dərəcədə müstəqil olmalarını göstərir. İlk Şirvanşahlar barədə məlumat yox dərəcəsindədir.

Ərəb işğalının əvvəllərində İlk Şivanşahlar hakimiyyətdə saxlanılmışdı. Lakin, ərəblər Zaqafqaziyada möhkəmləndikdən (VIII əsrin sonu) sonra Şirvanşahların hakimiyyəti ləğv olundu; Şirvanı ərəb hakimləri idarə etməyə başladı. IX əsr ərəb tarixçisi Bəlazuri 797–798-ci illərdə Şirvan hakimi olmuş əş-Şəmax ibn Şücanın adını çəkir. 799-cu ildə Yəzid ibn Məzyəd əş-Şeybani Şirvan və Bab əl-Əbvabın hakimi təyin olundu.

Xəlifə Mütəvəkkilin (841–861) ölümündən sonra qarışıqlıqlardan istifadə edən Şirvan hakimi Heysəm İbn Xalid ibn Yəzid Şirvanşahlar titulunu qəbul edib müstəqil siyasət yürütməyə başladı. Beləliklə də Şirvanşahların Məzyədilər sülaləsinin əsası qoyuldu. Ərəb mənşəli Məzyədilər sonralar farslaşmışlar.

Yəzid ibn Əhməddən sonra ərəb adlarından qədim Sasani adlarına dönüş başlamışdır. Şirvanşah Yəzid ibn Əhmədin oğulları Ənuşirəvan, Mənuçöhr adlanırdı. Artıq X yüzilliyin birinci yarısında Məzyədi Şirvanşahlar Sasani mənşəli əsilzadə ailələri ilə qohumluq əlaqələrinə girir və həmin ailələrin qadın nümayəndələri köhnə ənənələri dirçəldirdilər. Əl-Məsudi h.332 (943) – ci ildə Şirvan şahı Məhəmməd ibn Yəzidin Sasani Bəhram Gurun nəslindən olduğunu göstərirdi.Əl-Məsudi — Mürüc… s.191 Şirvanşahların Sasani Bəhram Gurun əsilzadə nəslindən olmalarını iddia etmələri faktı özü artıq erkən dövrlərdə yerli şahlardan biri ilə, ehtimal ki, Sasani mənşəli Şirvanşahlarla nikah bağlanması ilə izah edilir.

Xilafətin tənəzzülü və Şirvanşahların hakimiyyətinin möhkəmlənməsi ilə bağlı "xanədan yenidən dirçəlməyə başladıqda ona öz nüfuzunu əsilzadə nəslinə mənsubluğu ilə hər vəchlə əsaslandırmaq lazım gəldi və onda Şirvanşahların Sasanilərlə qohumluğu barədə köhnə nəzəriyyə ortaya çıxdı, onların Şeyban tayfası ilə bağlılığı isə arxa plana çəkildi…"Mинopcкий, c. 176–177

Kəsranilər sülaləsinin banisi Yəzid ibn Əhmədin oğlu Mənuçöhr ibn Yəziddir. Əslində ərəb mənşəli olan və Məzyədilər sülaləsinin davamı olan bu sülalədən olan hökmdarlar qədim fars hakimiyyət ənənələrinə meyil etdiklərindən və özlərini Sasani şahlarına bənzətməyə çalışdıqlarından tarixşünaslıqda ayrıca sülalə kimi götürülürlər.

Üçüncü (Minorski bir – biri ilə qohumluq telləri vasitəsiylə bağlı olan bu üç sülaləni eyni bir sülalə hesab edir.Mинopcкий, c. 118) Şirvanşah sülaləsi – Məzyədilər və onun qolu olan Kəsranilər sülalələrinə qohum olan Dərbəndilər sülaləsi isə etnokonsolidasiya prosesi nəticəsində Azərbaycanın yerli əhalisi ilə qarışaraq öz ərəb simasını itirmiş və türkləşmişdir. Dərbəndilərin hakimiyyət başına gəlməsi ilə Şirvanşahlar ənənəvi "şah" titulu ilə yanaşı sırf türk xalqlarının əsilzadələrinə məxsus olan "xan" titulunu da daşımağa başlamışlar.

Tarixi