Hadisələr 13 yanvar - Macarıstanın Antikomintern paktına qoşulması. 26 yanvar: İspaniya pespublikaçılarının Barselonanı tərk etmələri. Vaşinqtonda fizika nəzəriyyəsinə dair konfransda Nils Bor tərəfindən uranın bölünməsinin kəşf olunduğunun elan edilməsi. 2 fevral - SSRİ-nin Macarıstanla diplomatik əlaqələri kəsməsi. 14 mart - Slovakiya seymi tərəfindən müstəqil Slovakiya dövlətinin yaradıldığının elan edilməsi. 23 mart - Rumıniya ilə Almaniya arasında iqtisadi sazişin imzalanması. 11 aprel - Macarıstanın Millətlər Cəmiyyətindən çıxması. 22 may - Almaniya və İtaliya arasında "Dəmir Paktı"nın imzalanması. 23 avqust — Moskvada Almaniya və SSRİ arasında bir-birinə hücum etməmək haqqında sazişin imzalanması. 1 sentyabr – Almaniyanın Polşaya hücumu və İkinci dünya müharibəsinin başlanması. 3 sentyabr - İngiltərə və Fransanın Almaniyaya müharibə elan etməsi. 5 sentyabr — ABŞ-nin və Yaponiyanın Avropa müharibəsində öz neytrallığını elan etmələri. 6 sentyabr - Fransada "Hərbi vəziyyətə uyğun olaraq istehsalın qurulması haqqında" dekret verilməsi. 17 sentyabr Sovet qoşunlarının Polşaya daxil olması. Qərbi Ukraynanın və Qərbi Belorusiyanın SSRİ-yə qatılması. 23 sentyabr - SSRİ ilə Macarıstan arasında diplomatik əlaqələrin bərpa edilməsi 28 sentyabr Varşava şəhərinın almanlar tərəfindən işğal edilməsi. Almaniya ilə SSRİ arasında dostluq və sərhədlər haqqında müqavilənin imzılanması. 19 oktyabr - Türkiyə, İngiltərə və Fransa arasında qarşılıqlı yardım haqqında müqavilənin imzalanması. 18 noyabr - Fransada " şübhəlilər haqqında" dekret verilməsi 30 noyabr — SSRİ-nin Finlandiyaya müharibə elan etməsi. "Qış müharibəsi" adını alan bu müharibə 1940-cı ilin mart ayına kimi davam etmişdir. 12 dekabr - SSRİ-Finlandiya müharibəsi (Qış müharibəsi) dövründə baş vermiş Tolvayarvi döyüşündə finlərin qalib gəlməsi. 14 dekabr - Finlandiyaya hücum etdiyinə görə SSRİ-nin Millətlər Cəmiyyətindən çıxarılması. Televiziyanın ötürücü turubkasının ixtira edilməsi. "Lənkəran rayonunda meşə qoruğunun təşkili haqqında" Azərbaycan SSR XKS tərəfindən qərarın qəbul edilməsi. Azərbaycanda ilk hərbi məktəbin yaradılması.
Doğumlar thumb|157x157px|Xudu İbrahimoğlu 1 yanvar — Xudu İbrahimoğlu – Azərbaycan ziyalısı, şair, filoloq, jurnalist, mütəfəkkir. 4 fevral — Tariyel Qasımov – Azərbaycan aktyoru. 5 fevral — Rüstəm İbrahimbəyov – yazıçı, kinossenarist, prodüser, kinorejissor, ssenarist, kinodramaturq, nüfuzlu "Oskar" mükafatı laureatı, Azərbaycanın xalq yazıçısı, Azərbaycanın və Rusiyanın əməkdar artisti. 10 fevral — Yaqub Mahmudov – tarix elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Azərbaycanın və Dağıstanın əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı. 24 iyun — Səməd Behrəngi – İran yazıçısı və sosialist siyasi xadimi. 9 iyul — Firuz Xudaverdiyev – Azərbaycan teatr və kino aktyoru. 10 iyul — Ahmet Taner Kışlalı 14 sentyabr — Aslan Qəhrəmanlı – yazıçı, dramaturq, şair, fizika-riyaziyyat elmləri namizədi, dosent. Həqiqət Cavadova Manuel Martines (qılıncoynadan) 18 dekabr — Adilə Səfərova
Ölümlər Əhməd Ağaoğlu – ictimai xadim, jurnalist, pedaqoq və yazıçı. Mikayıl Müşfiq — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934). Karl Lindeman - alman riyaziyyatçısı.