Hadisələr 11 yanvar - Albaniya Xalq Respublikasının yaradılması. Fevral - ABŞ-də "Məşğulluq haqqında" qanunun qəbul edilməsi. 15 mart - SSRİ-də Stalin dövrünün ən böyük inzibati islahatı keçirildi: Yeni qəbul olunan qanuna əsasən SSRİ Xalq Komissarları Sovetinin SSRİ Nazirlər Soveti adlandırılması, xalq komissarları sistemi ləğv olundu, onun əvəzində nazirliklərin yaradılması. 18 mart - SSRİ ilə İsveç arasında diplomatik münasibətlərin bərpa edilməsi. 7 aprel — Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması. BMT-nin üzvü olan 26 dövlət təşkilatın nizamnaməsini ratifikasiya edib və sənəd qüvvəyə minib. 7 aprel Dünya səhiyyə günü kimi qeyd olunur. May - ABŞ-də iki il ərzində veteranlar üçün 2,7 milyon mənzil tikilməsini nəzərdə tutan xüsusi fövqəladə qanun qəbul edilməsi. 7 may - Tokioda Soni kompaniyasının əsasının qoyulması. 9 may - İtaliya kralı III Viktor Emmanuilin öz oğlu II Umbertonun xeyrinə taxtdan əl çəkməsi. 18 iyun - Referendumun nəticələrinə əsasən İtaliyanın respublika elan edilməsi. 23 iyun - Fransada Jorj Bidonun başçılığı ilə yeni müvəqqəti hökumətin təşkil olunması. 11 iyul - Rumıniyada aqrar qanunun qəbul edilməsi. 29 iyul - İkinci Dünya müharibəsinin yekunlarına dair Paris sülh konfransının işə başlaması. 1 sentyabr - Yunanıstanda keçirilən plebisitin nəticələrinə əsasən ölkədə monarxiya quruluşunun bərpa olunması. 10 sentyabr - Tokioda Amada kompaniyasının əsasının qoyulması. 1 oktyabr - Misirdə fövqəladə vəziyyətin elan edilməsi. 25 oktyabr - Misirin Baş Naziri İsmail Sidqi Londonda yeni ingilis- misir müqaviləsinin imzalanması. 8 noyabr - Vyetnam Demokratik Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi. 28 noyabr - Fransada Jorj Bido hökumətinin istefa verməsi. 2 dekabr - ABŞ və Böyük Britaniya arasında Almaniyadakı öz işğal zonalarının birləşdirilməsinə dair sazış imzalanması. Bu sazişə əsasən Bizoniya yaradıldı. 16 dekabr - Fransada Leon Blüm hökumətinin təşkil olunması. 31 dekabr - ABŞ prezidenti Harri Trumen tərəindən hərbi əməliyyatların başa çatmasına dair bəyannamə imzalanması. 6 yanvar - Cənubi Azərbaycan milli hökumətinin qərarı ilə Azərbaycan dilinin dövlət dili elan olunması. İyun - Təbriz Universitetinin açılması. 26 avqust — Azərbaycan müəllimlərinin VI qurultayının keçirilməsi. Allgemeiner Deutscher Nachrichtendienst

Doğumlar 2 yanvar - Əli Nəzmi (Əli Məhəmməd oğlu Məmmədzadə) - şair, publisist, tərcüməçi. 9 fevral – Ələsgər Məmmədoğlu – Azərbaycan teatr və kino aktyoru. 23 fevral — Anatoli Banişevski – SSRİ-nin əməkdar məşqçisi. 22 aprel — Allahverdi Bağırov – Azərbaycanın Milli Qəhrəmanı. 19 may - Mikele Plaçido - italyan aktyoru. 6 iyul - Silvestr Stallone - amerika aktyoru, kinorejissor və ssenarist 20 iyul — Rafiq Dadaşov - Azərbaycan rejissoru. 1 avqust — Afiyəddin Cəlilov – Azərbaycanın dövlət və siyasi xadimi. 5 sentyabr — Freddi Merkuri (Fərrux Bülsara) – Britaniyalı rok ifaçısı, məşhur Kuin (Queen) rok qrupunun ifaçısı və yaradıcısı. 19 sentyabr — Abdraşit Abdraxmanov 2 dekabr — Canni Versaçe - italiyalı geyim dizayneri. 15 dekabr — Ramiz Rövşən – şair, yazıçı, esseist, kino-dramaturq, tərcüməçi. 20 dekabr — Heybət Hörmət - Azərbaycan aktyoru və rejissoru. 23 may — Məmməd Şirzad - rəssam-boyakar. 10 iyun — Səfa Abasov — Azərbaycan kimyaçısı, kimya üzrə elmlər doktoru (1993), professor (2009). 18 avqust - Kamil Vəli Nərimanoğlu - tənqidçi, ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru (1988), professor (1989), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1981), Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri.

Ölümlər 3 iyun - Kalinin Mixail İvanoviç - sovet dövlət və partiya xadimi. 13 avqust- Herbert Uells - ingilis yazıçısı və publisisti.