Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsi () — M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fakültələrindən biri.
Tarixi Fakültənin əsası 23 iyul 1938-ci ildə qoyulmuşdurГеографический факультет МГУ . msu.ru . Fakültənin yaradıcısı Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmiş rus fiziki coğrafiyaşünası, geomorfoloq, kartoqraf Aleksandr BorzovdurBORZOV Aleksandr . ensiklopediya.gov.az .
Tədris planı Tədris proqramı 4 təhsil fənnindən ibarətdir - humanitar, fundamental təbii və fundamental coğrafiya kursları, ixtisaslaşma üzrə təlim kursları.
Dekanları 1938—1940 — Semyon LuçkiyО жизни географического факультета МГУ из первых уст — Русское географическое общество 23 июля 2013 1940—1941 — Boris Orlov 1941 (oktyabr — noyabr) — Andrey QedıminИз истории создания географического факультета в Московском университете — MSU 1941—1943 — İvan Vitver 1943 — Mariya Karandayeva 1943—1945 — Sergey Muraveyski 1945—1955 — Konstantin Markov 1955—1966 — Aleksandr Ryabçikov 1966—1970 — Andrey Kapitsa 1970—1980 — Aleksandr Ryabçikov 1980—1990 — Georgi Rıçaqov 1990—2015 — Nikolay Kasimov 2015-ci ildən — Sergey Dobrolyubov
Strukturu Hər il 15 kafedrada 1100-dən çox tələbə və 200-ə yaxın magistr təhsil alır, təxminən 230 mütəxəssis Coğrafiya fakültəsindən məzun olur.
Fakültədə 9 tədqiqat laboratoriyası, 5 təhsil və elmi baza, 28 kafedral laboratoriyası fəaliyyət göstərir. Bütün coğrafi ixtisaslar üzrə doktorluq və magistr dissertasiyalarını qəbul edən 4 ixtisaslaşdırılmış şurası var.
Həmçinin bax Aleksandr Borzov
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Moskva Dövlət Universitetinin fakültələri Kateqoriya:23 iyulda yarananlar Kateqoriya:1938-ci ildə Rusiyada yarananlar Kateqoriya:Coğrafiya təhsili