2017 Kataloniya müstəqillik referendumu və ya 1-O — Kataloniya (İspaniyada yerləşən muxtar vilayət) hökuməti tərəfindən 1 oktyabr 2017 tarixində keçirilən referendum. Referendum, İspaniya hakimiyyəti tərəfindən qeyri-qanuni sayılır.

Arxa plan Pireney yarımadasının qədim sakinləri iberlərlər olub, onları yalnız tədqiqatçılar keltlər, digərləri isə Şimali Afrikadan gələnlər hesab edirdilər. Sivilizasiya İberiyaya şərqdən gəlib və ilk olaraq Aralıq dənizinə təsir edib. Nəticədə Kataloniya adlanan bölgənin tarixi e.ə 575-ci ildə, yunanlar dəniz sahillərində Emporion müstəmləkəsi yaradan zaman başlayıb. Cənubda yerləşən müasir Alikante və Kartaqena liman şəhərləri də həmin vaxtı yaranıb. İberlər və yunanlardan sonra karfagenlər meydana çıxıb.

Kataloniyanın yaradılması Əfsanəyə görə Barselonanın yaranması Heraklın adıyla bağlıdır. Əslində isə onun əsasını e.ə 237-ci ildə Karfagen sərkərdəsi Haminkar, Hannibalın atası qoyub. Haminkarı hamı Barka () təxəllüsü ilə tanıyırdı. Bu təxəllüsü o, sürətli keçidlərinə görə almışdı. Ona sadiq olanlar yeni şəhəri guya onun şərəfinə Barsina adlandırmaq istədilər və o da buna qarşı çıxmadı. E.ə 218-201-ci illərdəki İkinci Pun müharibəsindən sonra Pireney yarımadası Roma İmperiyasının əyalətlərindən birinə çevrildi. Onun ən inkişaf edən şəhərləri isə Tarraqona və Barselona idi. İberlər hakimiyyət dəyişikliyinə birmənalı yanaşmırdılar. Bəziləri karfagenləri zülmkar hesab etdikləri və Roma intizamını daha xeyirli hesab etdikləri üçün tez bir zamanda vəziyyətə uyğunlaşdılar. Digərləri isə başları üzərində hansısa hakimiyyəti arzu etmirdilər və dağlıq ərazilərdə 200 ilə yaxın müqavimət göstərdilər. V əsrdə xalqların böyük mühacirətindən və Qərbi Roma İmperiyasının dağılmasından sonra bu münbit ölkəyə müasir osetinlərin əcdadı olan vestqotlar və alanlar gəldilər. Vestqotlar öz krallıqlarını Qotalaniya adlandırdılar və "Kataloniya" sözü də buradan götürülüb. Nəzəri olaraq bütün İspaniya Kataloniya adlana bilərdi, lakin burda "dovşanlar ölkəsi" (və ya dovşanlar sahili) mənasını verən karfagen sözü "i-şpanim" üstünlük təşkil edirdi. Roma coğrafiyaşünası Strabon "Hispania" latın sözünə uyğunlaşdırıldığını xatırladıb.

Ayrılmağın başlanğıcı 711-ci ildə ərəblər Cəbəli-Tariq vasitəsilə keçərək iki il ərzində bütün Pireney yarımadasını, o cümlədən Kataloniyanı fəth etdilər. İspaniyanın mərkəzi və cənub hissəsi 700 il ərzində Kordova və Qranada xəlfələrinin və əmirlərinin nəzarətində olub, şimal-şərq hissəsi isə 100 il sonra franklar tərəfindən işğal olunmuşdu və bu günə qədər də orada şərqin yox, fransızların təsiri var. 798-ci ildə Böyük Karl öz tərəfdarı Sunifredi Barselona qrafı elan etdi. Onun hakimiyyəti altında Fransanın cənub hissəsi (Karkasson, Nim, Bez) də var idi. Radikal milliyyətçi kataloniyalılar Şərqi Pireneyin fransız departamentini "Şimali Kataloniya" adlandırırdılar. Xüsusilə, elmi açıqlaması olmasa da ispan dilinin fransız diliylə qarışığı adlandırılan katalan dili formalaşmağa başladı.

III əsr müstəqilliyi 985-ci ildə məşhur Kordova xəlifəsi Abu Cəfər əl-Mansur (Almanzor) qısa müddət ərzində Barselonanı işğal etdi. Artıq 3 il sonra ərəblər o zamanlar yaxşı dövrləri olmayan Fransanın köməyi olmadan yenidən sürgün edildilər. Qraf II Borrel müstəqil dövlət üzərində hakimiyyətini elan etdi. Müstəqil Kataloniya tərəfdarlarının fikrincə, bu hadisə "Kataloniyanın doğulması"dır. 1164-cü ildə Barselona qraflığı sülaləsi vasitəsilə Araqon krallığının tərkibinə daxil oldu, hansı ki, XIII-XV əsrlərdə nəhəng dövlət idi və İspaniyanın əhəmiyyətli Aralıq dənizi sahilləri ilə yanaşı Neapol, Siciliya, Sardiniya və Malyorkaya nəzarət edirdi. 1359-cu ildə Araqonda parlament mövcud idi və o dövrün standartlarına görə, o Avropadakı ən demokratik ölkələrdən biri hesab olunurdu. 1469-cu ildə gənc Araqon kralı II Ferdinand Kastiliya taxt-tacının yeganə varisi İzabella ilə evlənir. "Katolik monarxları" kimi məşhur olan ər-arvad bu günə qədər mövcud olan vahid İspaniya dövləti qurdular. Madridin nöqteyi nəzərindən xalqın əsrlik arzusunu yerinə yetirdilər. Lakin Barselonada hamı belə düşünmürdü. Ferdinand və İzabella bir tərəfdən Kolumb ekspedisiyanın, digər tərəfdən yəhudilərə və müsəlmanlara qarşı təqiblərin və inkivizisayının qurulmasının dəstəyilə tarixdə iz qoydular.

Yeni dövr Vahid dövlət lap əvvəldən paritet prinsiplər əsasında qurulmamışdı. Burada söhbət faktiki olaraq iki eyni hüquqlu subyektlərin birləşməsindən deyil, Araqonun Kastiliyanın tərkibinə daxil olmasından gedirdi. Araqon krallığı rəsmi olaraq 1714-cü ilə qədər mövcud olub. İspan mirası uğrunda müharibə nəticəsində XIV Lüdovikin nəvəsi V Flipp İspaniya kralı olub. Bu günə qədər onun varisləri İspaniya taxt-tacına sahibdirlər. Araqonlular və katalanlar həmin müharibədə əsasən başqa namizədi Avstriyalı Karlı dəstəkləyirdilər və bəzi tarixçilərin fikrincə, buna görə ikinci sinif təbəqə sayılırdılar. 1869-cu ildə İspaniyada liberal konstitusiya qəbul edildi və Kataloniya müstəqilliyinin tərəfdarları rəsmən özlərini elan etməyi bacardılar. Bu ideya bəzən aktual, bəzən ikinci plana keçsə də unudulmadı. Xüsusilə, general Franko rejimi bu əhval-ruhiyyəni daha da gücləndirdi. İspan vilayətlərinin sakinlərinin bəzilərinin gözündə Madrid təzyiq, Kataloniyanın ayrılması isə azadlıq kimi səciyyələndirilirdi. Lakin ispan solçuları da separatizmi qəbul etmirdilər. 6 oktyabr 1934 tarixində Kataloniya parlamenti müstəqilliyə səs verdi, İspaniyanın respublikaçı hökuməti isə bunu xəyanət elan edərək həbslərlə cavab verdi. Buna baxmayaraq iki il sonra baş verən vətəndaş müharibəsində katalan milliyətçilər hərbi diktaturanın daha pis olduğunu düşünərək respublikaçıları dəstəklədilər. Onların lideri Luiz Kompanis Frankoçular tərəfindən güllələnib. XX əsrin əvvəllərindən mövcud olan Kataloniya muxtariyyatı ləğv edildi, dildən rəsmi sahələrdə istifadə olunması qadağan edildi. İspaniya 1979-cu ildə demokratiyaya keçid etdikdən sonra muxtariyyat bərpa edildi, Kataloniya dili isə rəsmi status aldı. 2006-cı ildə mərkəzi hökumət əhəmiyyətli dərəcədə yerli idarəetmə hüquqlarını genişləndirdi, Kataloniyaya vilayətlərdən yığılan bütün yerli vergiləri və mərkəzi vergilərin yarısını idarə etmək hüququ verdi. Bununla yanaşı Kataloniya vətəndaşları və siyasətçiləri bunun yetərli olmadığını dedilər. 2014-cü ildə vilayətdə qeyri-rəsmi təşkil olunan referendumda 5,4 milyon seçicidən 2,2 milyonu səsvermədə iştirak etdi. Səs verənlərin 80%-i müstəqilliyi dəstəklədi.

Administrasiya thumb|Kataloniya hökumətinin referendumda üç rəsmi dili olan katalan, ispan və oksitan dillərindən istifadə etdiyi seçki kağızı

Katalan hökuməti referendumun 1 oktyabr 2017 tarixində keçirilməsini planlaşdırıldığını elan etdi. Kataloniya Seçki Komissiyası referendumun keçirilməsinə nəzarət edirdi, ancaq 22 sentyabr 2017 tarixində ləğv edildi. Kampaniyanın 15 gün sürəcəyi açıqlanmışdı. 15 sentyabr 2017 tarixində saat 00:00-da başlayıb, 29 sentyabr 2017 tarixində saat 24:00-da isə bitəcəkdi.

Sual Referendumun sualı "Siz Kataloniyanın bir respublika olaraq müstəqil olmasını istəyirsinizmi?" idi. + Seçki sualı Azərbaycanca Siz Kataloniyanın bir respublika olaraq müstəqil olmasını istəyirsinizmi? Katalanca İspanca Oksitanca

Nəticə əvvəli reaksiyalar thumb|Bask ölkəsində Kataloniyanı dəstəkləyən bir çox yığıncaqlardan biri (Sarauz)

İspaniya-daxili 25x25px Basklar ölkəsi: Regional parlament referenduma rəğbətini və dəstəyini göstərmiş və İspaniya hökumətinin mövqeyini tənqid etmişdir. Bask parlamenti, səsvermə və ya "demokratiyaya" qarşı törədilən tədbirləri pisləmişdir. Sentyabr ayında Bilbao küçələrinə minlərlə insan katalan referandumunu, suverenliyini və 'demokratiyanı' dəstəkləyərək mitinq etmişdir. 25x25px Navarra: Navarra parlamenti İspaniya hökumətinin Kataloniya referendumu de-fakto olaraq "ələ keçirməsini" pisləmişdir. 25x25px Qalisiya: Kataloniya ilə həmrəyliyini göstərmək üçün 3,000-dən çox insan Qalisiyada yerləşən Santiyaqo şəhərinin küçələrində yürüş etmişdir.

BMT üzv ölkələri Belçika: Belçikanın baş naziri Şarl Mişel İspaniya hökumətinin siyasi mükalimə çağırışını yenidən təsdiqləmişdir və 1 oktyabr tarixində Twitter-də referenduma mane olan şiddətə rəsmi bir reaksiya verdi: "Şiddət heç vaxt cavab ola bilməz! "KataloniyaReferendumu #İspaniya". Xorvatiya: Xorvatiyanın baş naziri Andrey Plenkoviç Xorvatiyanın bu referendumun İspaniyanın daxili problemi olduğunu demişdir. Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyi İspaniyanın və Kataloniya hökumətinin bu problemi sülh yolu ilə həll etməsi üçün mükaliməyə çağırdığını bildirdi. Çin: Bir jurnalistin sualına cavab olaraq, 28 sentyabr 2017 tarixində Çin Xarici İşlər Nazirliyinin sözçüsü olan Lu Kenq, Çin Xalq Respublikasının "Kataloniya məsələsi İspaniyanın daxili işlərinə aid olduğunu" düşündüyünü bildirmişdir. Fransa: İyunun 16-da, Fransa prezidenti Emmanuel Makron, Kataloniya məsələsinin İspaniyanın daxili məsələsi olduğunu düşündüyünü bildirmişdir. Almaniya: 8 sentyabrda Almaniya kansleri Angela Merkelin spikeri olan Steffen Seybert Almaniyanın İspaniyada sabitliyə maraq göstərdiyini bildirmişdir. Almaniya hökuməti 2015-ci ildə də oxşar şərhlər vermişdir. Macarıstan: Sentyabrın 18-də Macarıstan hökumət sözçüsü Zoltan Kovaçs "xalqın iradəsinə hörmət edəcəyini" bildirmişdir. Litva: Litva prezidenti Dalya Qribauskayte, Kataloniyanın müstəqilliyi ilə əlaqədar referendumun İspaniya Konstitusiyasına uyğun olmadığını demişdir. Prezident deyir ki, Madrid və Barselona hər halda bir-biri ilə danışacaq və problemlərə demokratik həll axtaracaqlar. Portuqaliya: Xarici işlər naziri Avqusto Santos Silva, 27 Sentyabrda Kataloniya referandumuna şərh verməkdən imtina etmişdir. Avqusto Santos Silva bu İspaniyanın daxili işi olduğunu söyləmişdir. Rusiya: Rusiyanın yuxarı palatasında Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Konstantin Kosaçev İspaniya hökumətini katalanlarla mükaliməyə çağırdı. Serbiya: Xarici İşlər Naziri İvica Daçiç, Deutsche Welle ilə etdiyi bir müsahibədə, Kataloniyanın Madriddən bir razılaşma olmadan birtərəfli müstəqillik elan etməsi, Kosovo məsələsinin təkrarıdır demişdir. Sloveniya: Milli Məclisin spikeri Milan Bırqlez "Katalanların öz müqəddəratını təyin etmək hüququna malik olduğunu" bildirmişdir. Böyük Britaniya: Xarici işlər katibi Boris Kanson, referendumun İspaniya üçün daxili bir mövzu olduğunu və "İspaniya yaxın bir müttəfiq və yaxşı bir dostu olduğu üçün, gücü və birliyi Böyük Britaniya üçün önəmlidir" demişdir. ABŞ: 13 aprel tarixində Madriddəki ABŞ səfirliyə görə, ABŞ hökuməti Kataloniyanın müstəqilliyini İspaniyanın daxili məsələsi kimi görür.

Nəticə

Katalan hökuməti hesab edir ki, 770,000-dən çox potensial seçicini təmsil edən seçki məntəqələri (bütün qeydiyyatdan keçmiş seçicilərin 14,5%-i) polis tərəfindən basqınlar zamanı bağlanıb. Katalan hökumətinin sözçüsü Jordi Turull, "İspan polisinin təzyiqi" nəticəsində iştirakçıların sayı kəskin şəkildə enmişdir. Ekspertlərin hesablamalarına görə İspaniya polisinin təzyiqi olmasaydı, iştirakçı sayı indikindən 55% daha çox olardı. Prezident Karles Puçdemon özü belə, San-Julia-de-Ramisin yerinə, Kornella-del-Terridə səs vermişdir.

27 oktyabr 2017 tarixində referendumun şərtlərinə əsasən Kataloniya vilayətinin yerləşdiyi ərazidə Katalan Respublikası öz müstəqilliyini elan etmişdir. Bunun nəticəsində İspaniya hökuməti Kataloniyada tədbirlər görmüşdür. Katalan Respublikasını rəsmi olaraq tanıyan müstəqil bir dövlət yoxdur. Azərbaycan Respublikası Katalan Respublikasını tanımadığını bildirmişdir.

Mətbuatda İspan və katalan mənbələri hadisələrin fərqli-fərqli təsvir edirlər. Diqqətəlayiq nümunələrə İspaniyanın TVE televiziya kanalı (Televisionón Española) və Kataloniyanın TV3 televiziya kanalı aiddir. TV3, referendum və polis şiddətini müntəzəm olaraq əhatə etdi, TVE əsasən İspaniya hökumətinin qanuniliyi ilə bağlı mövqeyini vurğuladı. İspaniya mətbuatının yayımı İspaniya Televiziyasının informasiya şurası tərəfindən tənqid olunmuşdur.