Konstantin Dmitriyeviç Krimets () — dirijor.
Həyatı Konstantin Krimets 1939-cu ildə Ukraynada anadan olmuşdur. Kiyev konservatoriyasını bitirdikdən sonra, təhsilini Moksva konservatoriyasının aspiranturasında və məşhur dirijor İqor Markeviçin ali kurslarında davam etdirmişdir. Böyük Britaniya, Almaniya, Avstriya, Macarıstan, Koreya, Türkiyə, Yusoqslaviya və başqa ölkələrdə (ümumən 26)simfonik orkestrlərə uğurlu dirijorluq etmişdir.
1990-cı ildə "Qlobalis" simfonik orkestrinin əsasını qoymuşdur. O orkestrin həm bədii rəhbəri, həm də baş dirijorudur.
Filmoqrafiya Asif, Vasif, Ağasif (film, 1983) Bağlı qapı (film, 1981) Bircəciyim (film, 1986) Əlaqə (film, 1989) Gənc qadının kişisi (film, 1988) Gümüşgöl əfsanəsi (film, 1984) Həyat üçün təhlükəlidir! (film, 1985) Xüsusi vəziyyət (film, 1986) Qətldən yeddi gün sonra (film, 1991) Ölsəm... bağışla (film, 1989) Özgə ömür (film, 1987) Şəhərli biçinçilər (film, 1986) Yaramaz (film, 1988) Yay gününün xəzan yarpaqları (film, 1986)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Rusiya dirijorları Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:SSRİ dirijorları