Sarasvati () — Hinduizmdə bilik, musiqi və incəsənət ilahəsi. Dörd əlli və qu quşuna minmiş gözəl qadın şəklində təsvir olunur. Hindistandan İndoneziyaya uzanan coğrafi regionda, Sarasvati rəsmləri və heykəlləri müəyyən qədər fərqlilik göstərir. Belə ki, bəzən o Tovuz quşu ilə birlikdə və Lotos çiçəyinə oturmuş vəziyyətdə, bəzən də sol ayağı azacıq yuxarı qalxmış rəqs edən vəziyyətdə təsvir olunur. Lotos çiçəyi Üstün Həqiqətin, Ağ Lotos isə Üstün Biliyin simvoludur. Sarasvatinin rəqsi adətən yer kürəsinin fırlanmasını simvolizə edir. Hindu dinindəki ən ekzotik ilahədir.

Həmçinin bax Anahita

Kateqoriya:Mifologiyada tanrılar Kateqoriya:Hind mifologiyası Kateqoriya:Paqanizm Kateqoriya:Qadın mifoloji varlıqlar Kateqoriya:Qadın adları Kateqoriya:Buddist terminologiyası Kateqoriya:Müdriklik ilahələri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri