Bayramlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Bayramlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Bayramlı kəndi Azaflı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bayramlı kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

Toponimikası Bəzən Əsrik (sahilində yerləşdiyi çayın adından) Bayramlı da adlanır. Kəndin adı muğanlı tayfasının bayramlı tirəsinin adı ilə bağlıdır.

Tarixi

Tarixi abidələri Bayramlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi1796Daş qutusu nekropoluE.ə. VIII–VII əsrlərBayramlı kəndiArxeolojiÖlkə1797Küp qəbirləri nekropoluE.ə. II minillik-e. II əsrBayramlı kəndiArxeolojiÖlkə1798Yaşayış yeriSon tunc dövrüBayramlı kəndiArxeolojiÖlkə

Coğrafiyası və iqlimi Kənd Tovuz–Böyük Qışlaq yolunun sağ tərəfində yerləşir. Rayon mərkəzindən kəndə qədər məsafə 7 kilometrdir. Azaflı, Aşağı Quşçu, Əsrik Çırdaxan, Yanıqlı və İbrahimhacılı kəndləri ilə qonşudur. Ərazisi dağlıq və dağətəyi zonadır. Kəndin şimal sərhəddindən Əsrikçay keçir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19992484118812962009↗2744↗1360↗1384

İqtisadiyyatı Kənd əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğul olur.

Mədəniyyəti Kənddə Bayramlı kənd kitabxana filialı fəaliyyət göstərir.

Təhsil Kənddə Elşad Orucov adına Bayramlı kənd tam orta məktəbi və Zahir Yusifov adına Bayramlı kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Bayramlı kənd həkim məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Bayramlı (Tovuz) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri