Amir Eşel (; d. 4 aprel 1959) israilli general, İsrail HHQ-nin keçmiş komandanı. 2008-ci ildən etibarən general-mayor rütbəsində xidmət etmiş, bir müddət Silahlı Qüvvələrin Planlaşdırma İdarəsinin rəisi olmuşdur. O, 10 may 2012-ci il tarixindən 10 avqust 2017-ci il tarixinə qədər olan müddətdə İsrail HHQ-nin komandanı olmuşdur.
Həyatı 1959-cu ildə İsrailin Yaffa şəhərində anadan olmuş, 1977-ci ildə İsrail Silahlı Qüvvələrində xidmətə başlamışdır. 1979-cu ildə İsrail HHQ Akademiyasından məzun olduqdan sonra Douglas A-4 Skyhawk döyüş təyyarəsində pilot olaraq fəaliyyətə başlamışdır. O, həmin təyyarə ilə 1982-ci ildə baş verən Livan müharibəsində iştirak etmişdir. Eşel 1993 və 1995-ci illər aralığında Tel Nof aviabazasında yerləşən 201-ci eskadrilyaya rəhbərlik etmiş, 1997–1999-cu illər aralığında İsrail HHQ-nin Əməliyyat Şöbəsinə rəhbərlik etmişdir.
Eşelin atası İkinci dünya müharibəsi illərində baş vermiş Holokost soyqırımı zamanı sağ qalmışdır. Eşel 2003-cü ilin sentyabr ayında F-15 döyüş təyyarəsi ilə əvvəllər Auşvitz ölüm düşərgəsinin yerləşdiyi ərazidə uçuş həyata keçirmişdir.
10 avqust 2017-ci ildə İsrail HHQ-nin komandanı postunu tərk etdikdən sonra hərbi karyerasını başa vurmuşdur. Onun yerinə general-mayor Amikam Norkin bu vəzifəyə təyin olunmuşdur.
Evlidir. Üç övladı var. Alabamada yerləşən Obern Universitetində iqtisadiyyat, İsraildə yerləşən Hayfa Universitetində isə siyasi elmlər üzrə dərəcə almışdır.
Həmçinin bax İsrail Silahlı Qüvvələri İsrail Hərbi Hava Qüvvələri
İstinadlar
Kateqoriya:İsraildə doğulanlar