Xəbibulla Kəlimulla oğlu İbrahimov (, , d. 29 dekabr 1894, Orenburq, Orenburq vilayəti, Rusiya imperiyası — ö. 16 mart 1959, Ufa, Başqırd MSSR, SSRİ) — Başqırd əsilli SSRİ bəstəkarı və dramaturqu, musiqili-ictimai xadimi, Başqırdıstan MSSR-ın əməkdar incəsənət artisti (1951), Başqırdıstan MSSR Bəstəkarlar İttifaqının üzvü (1941–1959).Ибрагимов Х. К.//Большая советская энциклопедия — М.: Советская энциклопедия. 1969–1978.

Bioqrafiya Xəbibulla İbrahimov 29 dekabr 1894 tarixində Rusiya imperiyasının Orenburq vilayətinin inzibati mərkəzi olan Orenburq şəhərində, bir başqırd ailəsində anadan olmuşdur. İbrahimov 1915-ci 1929-cu illərdə, müşayiətçi olaraq həvəskar konsertlərdə ifa etmiş, səhnə istehsalı üçün musiqili müşayiət yaratmışdır. 1919-cu ildə Türkistan Cəbhəsi Siyasi İdarəsində cəbhə teatrının musiqi direktoru olmuşdur. 1920-ci 1937-ci illərdə, fasilələrlə rəssam və musiqiçi olaraq, eləcə də, Başqırdıstan Dram Teatrının musiqi hissəsinin rəhbəri kimi işləmişdir. 1922-ci 1926-cı illərində, Şərq Xalqları İnstitutunun musiqi fakültəsində təhsil almışdır. 1937-ci 1939-cu illərində, Moskvada Mərkəzi Radio Yayımının musiqi redaktoru olmuşdur. 1940-cı ildən sonra həyatının qalanını Ufa şəhərində yaşamış bəstəkar, 1940-cı 1950-ci illərdə Ufa həvəskar xorlarının rəhbəri idi. Xəbibulla İbrahimov, 16 mart 1959 tarixində 64 yaşında vəfat etmişdir.Ибрагимов Хабибулла Калимуллович

Yaradıcılığı Xəbibulla İbrahimov Başqırdıstan komediyasının qurucusu hesab olunur. O, 5 musiqili komediyanın müəllifidir. Bunlar arasında ən məşhurları olan "Başmaqlar" (, () və "Zyatok" ((, () var. Dramaturqun əsərləri arasında "Vətən üçün" (, ), "Soyuq axın" ((, (), "Şaban şərifi" ((, () və s. mövcuddur. Xəbibullah İbrahimov, F. E. Kozitski ilə birlikdə Böyük Vətən müharibəsi haqqında olan "Vətən üçün" (, ) operasının müəllifidir. Kuşaf Sayfi Kudaşın libretosu tərəfindən yazılmış və 1943-cü ildə səhnəyə qoyulmuşdur. O, həmçinin 30-dan çox mahnı və xalq musiqisinin müəllifidir. Başqırdıstan şairlərinin şeirlərində onun mahnıları və xorları başqırd peşəkar musiqisinin mahnı janrına nümunə olmuşdur. Xəbibulla İbrahimovun "Salavat Marşı" Başqırdıstan xalq musiqisinə çevrilmişdir.

Həmçinin bax Məcid Qafuri Başqırdıstan Dram Teatrı

İstinadlar

Xarici keçidlər

"Başqırdıstan: Qısa bir ensiklopediya" kitabından məqalə İbrahimov Xəbibulla Kalimulloviç "Başqırdıstan" ensiklopediyasında

Kateqoriya:Orenburqda doğulanlar Kateqoriya:Ufada vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə musiqiçilər Kateqoriya:SSRİ kişi bəstəkarları Kateqoriya:Başqırdıstan bəstəkarları Kateqoriya:Başqırdıstan dramaturqları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:Ufa musiqiçiləri Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:Ufa müsəlman qəbiristanlığında dəfn olunanlar Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Başqırd dramaturqlar Kateqoriya:Başqırd yazıçılar Kateqoriya:Opera bəstəkarları