Narko () — Kris Brankato, Karlo Bernard və Duq Miro tərəfindən yaradılmış və istehsal olunmuş ABŞ detektiv-dram teleserialı.
Mövzusu Kolumbiyada cərəyan edən və çəkilişlərinin Kolumbiyada gerçəkləşdiyi teleserialın birinci və ikinci mövsümləri kokain istehsalı və distribusiyası sayəsində milyarderə çevrilmiş məşhur narkobaron Pablo Eskobarın həyatını əhatə edirdi. Teleserial diqqət mərkəzində Pablo Eskobarın rəqib narkobaronlarla, Narkotiklə Mübarizə İdarəsi ( NMİ) agentləri və müxtəlif müxalif qruplarla olan qarşılıqlı əlaqəsi də var. Teleserialın üçüncü mövsümü Pablo Eskobarın süqutundan dərhal sonra baş verənləri əhatə edir. Üçüncü mövsümdə NMİ tanınmış Kali kartelinin yüksəlişinin qarşısını almağa çalışır.
Teleserialın on seriyadan ibarət birinci mövsümü ilk dəfə 28 avqust 2015-ci ildə "Netflix"-də eksklüziv olaraq yayımlanmışdır. Bundan sonra "Netflix" istehsalçı şirkətlə bağlanan müqaviləni teleserialın ikinci mövsümü üçün yeniləmişdir. Teleserialın on seriyadan ibarət ikinci mövsümü ilk dəfə 2 sentyabr 2016-cı ildə yayımlanmışdır. Teleserialın istehsalçı şirkəti ilə bağlanan müqavilə yenidən yenilənmişdir və "Netflix" teleserialın üçüncü və dördüncü mövsümlərini sifariş etmişdir. Teleserialın on seriyadan ibarət üçüncü mövsümü ilk dəfə 1 sentyabr 2017-ci ildə yayımlanmışdır, ancaq 18 iyul 2018-ci ildə teleserialın rejissorları teleserialın dördüncü mövsümünün "Narko: Meksika" başlıqlı yeni bir "Netflix" orijinal teleserialı olacağını açıqlamışdır. Yeni teleserialın birinci mövsümü ilk dəfə 16 noyabr 2018-ci ildə yayımlanmışdır. Bu teleserialın mövsümü 1980-ci illərin Meksikasında cərəyan edir.
Mövzu {| class="wikitable" style="text-align: center;" ! style="padding: 0 8px;" colspan="2" | Mövsüm ! style="padding: 0 8px;" | Seriyalar ! style="padding: 0 8px;" | İlkin yayımlanma tarixi |- | scope="row" style="background:#861622; color:#100; text-align:center;"| | 1 | 10
| scope="row" style="background:#181513; color:#100; text-align:center;"| | 2 | 10
| scope="row" style="background:#465B61; color:#100; text-align:center;"| | 3 | 10
Mükafatlar İl Mükafat Kateqoriya Nominasiyalar Nəticə 2015 Hollywood Music in Media Awards Orijinal musiqi – Televeriliş/Rəqəmsal serial Pedro Bromfman <center> 2016 Qızıl qlobusƏn yaxşı televiziya serialı – dramNarko<center>Ən yaxşı aktyor – dram televiziya serialıVaqner MouraABŞ Yazıçılar Gildiyası mükafatıƏn yaxşı epizodik rol (dram)Endi Blek (Seriya: "Explosivos")<center>SputnikƏn yaxşı televiziya serialı – dramNarko<center>Musiqi Nəzarətçiləri Gildiyası mükafatıTeleviziya dramında ən yaxşı nəzarətLiza Riçardson<center>Qızıl treyler mükafatıBir teleserial və ya miniserial üçün ən yaxşı treyler və ya tizer for a TV Series/Mini-SeriesNetflix, Transit (Treyler: "Lines")<center>British Academy Television AwardsƏn yaxşı beynəlxalq proqram üzrə British Academy Television Award mükafatı<center> Imagen Foundation AwardsƏn yaxşı aktyor – televiziyaVaqner Moura<center>Ən yaxşı aktyor – televiziyaPedro Paskal Primetime Creative Arts Emmy Awards Görkəmli əsas başlıq <center> Outstanding Original Main Title Theme MusicRodrigo Amarante Dram serialı üçün görkəmli təkkameralı rəsm redaktəsiLeo Trombetta (Seriya: "Descenso") Hollywood Music in Media Awards Ən yaxşı əsas başlıq – Televeriliş/Rəqəmsal striminq serialı Kayl Dikson, Maykl Ştayn <center>Artios Awards Televiziya pilotunda görkəmli kastinq nailiyyəti – dram <center>2017Xalqın seçimi mükafatıFavorit premium dram serialıNarko <center>Qızıl treylerƏn yaxşı döyüş (serial üçün telereklam, treyler və ya tizer)Netflix, Transit (Treyler: "Lines")<center>Golden Reel AwardsTV Short Form – FX/Foley<center>
Spin-off teleserialı
"Narko: Meksika" teleserialının birinci seriyası 16 noyabr 2018-ci ildə yayımlanmışdır. Bu teleserialın süjet xətti 1980-ci illərin Meksikasında cərəyan edir və diqqət mərkəzi Kolumbiyada cəmləşən "Narko" teleserialı eyni dünyanı paylaşır. Amada Karrilyo (Xose Mariya Yazpik) və Pablo Eskobar (Vaqner Moura), eləcə də Kiki Kamarena (Maykl Penya) və Migel Feliks-Qallardo (Diyeqo Luna) kimi personajlar epizodik rolları canlandırır. Teleserial Meksikanın ilk narkotik kartelini, onların arasında münaqişəni və narkotiklə müharibə əhatə edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Netflix orijinal proqramları Kateqoriya:2015-ci ildə başlayan ABŞ teleserialları Kateqoriya:2010-cu illərin dram teleserialları Kateqoriya:İspan dilində teleseriallar Kateqoriya:İngilis dilində teleseriallar Kateqoriya:Macəra teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Netflix orijinal filmləri Kateqoriya:Tarix haqqında əsərlər Kateqoriya:Netflixin televiziya dramları Kateqoriya:2017-ci ildə bitən teleseriallar