Birmingem () — ABŞ-nin cənub-şərqində, Alabama ştatının mərkəzi hissəsində şəhər. Birminhem-Quver-Kalman aqlomerasiyasının mərkəzi.

Əhalisi Əhalisi 231,6 min (2005; o cümlədən afroamerikalılar 70%-dən çoxdur), şəhərətrafı ilə 939 min.

Coğrafiyası Appalaç dağlarının ətəyindədir. Avtomobil və dəmiryolları qovşağı. Beynəlxalq aeroport. Blek-Uorrior çayı sahilində port. Su yolu vasitəsilə Mobil portu (Meksika körfəzi) ilə əlaqəsi var.

Tarixi 1871-ci ildə dəmiryol xətlərinin kəsişdiyi yerdə, dəmir filizləri, yüksəkkeyfiyyətli kokslaşan kömür, dolomit və flüslu əhəngdaşı yataqlarının yaxınlığında salınmışdır; adını İngiltərənin ən iri metallurgiya mərkəzinin adından götürmüşdür. 19-cu əsrin sonlarından Birmingem rayonunda  mədən və metallurgiya sənayesi sürətlə inkişaf edirdi. 1907-ci ildə “Yunayted Steyts Stil” şirkəti tərəfindən Birmingemdən qərbdə tam tsiklli metallurgiya kombinatı (ABŞ-nin cənubunda ən iri) inşa olunmuşdur. 1960-cı illərdə afroamerikalılar hərəkatının mərkəzlərindən biri idi. 1979-cu ildə ABŞ tarixində ilk dəfə Birminqemin meri vəzifəsinə ağ irqə mənsub olmayan R. Arrinqton seçilmişdir.

Memarlığı Birminqemın ən iri təhsil və elmi mərkəzi Alabama Universitetidir (1969); Samford Universiteti (1841), Birmingem Cənub kolleci (1898), Mayls kolleci (1905), Kütləvi kitabxana (1909), İncəsənət muzeyi (İntibah dövrünə aid rəngkarlıq əsərləri kolleksiyası) fəaliyyət göstərir. Red-Mauntin dağlarında şəhərin simvolu olan tanrı Vulkanın çuqundan 17 m-lik heykəli (pyedestalının hündürlüyü 48 m) qoyulmuşdur (C. Moretti, 1904).

İqtisadiyyatı İqtisadiyyatında xidmət sferası, o cümlədən səhiyyə (qadın sağlamlığının mühafizəsi üzrə ölkənin aparıcı müəssisələri və s.), maliyyə və işgüzar xidmətləri (ABŞ-nin 500 ən iri korprasiyalarından 6-sının mənzil qərargahı şəhərdə yerləşir) mühüm yer tutur.

Sənayesi Birmingem aqlomerasiyasında işləyənlərin təqribən 10 %-i sənayedə məşğuldur. Qara metallurgiya (idxal olunan xammal əsasında; polad tikişsiz borular və s. istehsalı), təyyarəqayırma, “Daymler-Kraysler” və “Honda” şirkətlərinin avtomobilyığma zavodları, qaldırıcı-nəqliyyat avadanlıqları, sement istehsalı, yeyinti sənayesi (o cümlədən sallaqxanalar) müəssisələri var.

Qalereya  

center|thumb|760x760px|Birmingem səması

Həmçinin bax Cersi-Siti

İstinadlar

Xarici keçidlər Birmingem rəsmi internet səhifəsi

Kateqoriya:Alabama şəhərləri