Askın rayonu () — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Askino kəndidir. Yaşayış məntəqəsi Ufadan 213 km aralıda yerləşir. Coğrafi yerləşməsi Askın rayonu Sverdlovsk vilayəti və Perm diyarı ilə sərhəddə yerləşir. Ufa çayının axarı boyunca qərarlaşır. Rayonun ərazisi 2542 km² təşkil edir. Maksimal temperatur + 36 °C, minimal temperatur isə — 54 °C-dir. Ərazisi şimaldan cənuba 38 km, şərqdən qərbə 66 km məsafədə uzanır. Rayon ərazisindən Moskva — Çelyabinsk dəmiryolu və Çişmi — Davlekonova — Qırğız-Miyaki, Raebski — Sterlitamak avtomobil yolu keçir.

Tarix Ərazisində tarixən Kır-Tapın, Su-Tapın, Un və Balıksı Başqırd qəbilələri məskun olmuşlar. Askın rayonu avqust 1930-ci ildə təşkil edilmişdir.

Əhali 2010-cu il məlumatına görə rayonda 21 272 nəfər yaşayır. Hər 1 km² əraziyə 9 nəfər düşür.

Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Askın rayonu ərazisin milli tərkibi: başqırdlar — 68,9 %, tatarlar — 19,4 %, ruslar — 10,6 %, digər millər — 1,1 %.

Milli tərkibНаселение Башкортостана: XIX—XXI века: статистический сборник/ Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан.- Уфа: Китап, 2008.- 448 с.:ил. ilBaşqırdlarTatarlarRuslar197057,6 %19,5 %198963,3 %23,9 %200270,9 %17,6 %10,5 %201068,9 %19,4 %10,6 % .

İnzibati-ətazi vahidləri Askın ayonunda 15 kənd inzibati vahidliyinə 75 yaşayış məntəqəsi daxildir. İqtisadiyyat Rayon iqtisadiyyatının əsasını kənd tərərrüfatı və Meşə sənayesi tutur. Kənd təsərrüfatının balansında ümumilikdə 92,8 min ha ərazi vardır (Ümumi rayon ərazisinin 36,7 %), bunun 66,7 min ha əkin sahəsi, 18,7 min ha isə otlaq sahəsidir. Burada taxılçılıq, donuzçuluq, ətlik-südlük maldarlıq inkişaf etmişdir. Ərazisinin 126 min ha meşələrlə örtülüdür.

Nəqliyyat Rayonla əlaqə Askino — Yavqildino avtomobil yolu ilə təmin edilir. Hətta Birsk və Blaqoveşensk istiqamətində uzanır.

Sosial sfera Rayon ərazisində 51 ümumtəhsil mərkəzi, 15 orta məktəb, 29 kütləvi kitabxana, 54 klub, 4 xəstəxana fəaliyyət göstərir. Burada rus və tatar dillərində «Askinskaya nov», «Işanıç», başqırd dilində isə və «Йәнтөйәк» qəzetləri buraxılır.

Tanınmış şəxsləri Aleksandr İvaniç Sıçyov (1901—1973) — sovet hərbiçisi, general-mayor (1945).

Ədəbiyyat Аскинский район Республики Башкортостан. Население. Населённые пункты. XVIII—XXI вв. Справочное издание. — Уфа, 2010. — 32 с.

Mənbə Askın rayonu administrasiyası

İstinadlar

Kateqoriya:Askın rayonu Kateqoriya:Başqırdıstan rayonları Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər