Neftyanik stadionu () və ya BetBoom Arena — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərindəki əsas idman qurğusu. Şəhərin Komarova rayonunda yerləşir. Stadionun tutumu 15132 nəfərlikdir. Ufa şəhərinin eyniadlı "Ufa" futbol klubu özünün ev oyunlarını bu stadionda keçirir.

Tarixi Stadionun əsası 1967-ci ildə qoyulmuşdur.

2012−2015-ci illərdə stadion əsaslı təmir edilmişdir. Yenidənqurmadan sonra buradakı ilk matç 2015-ci il avqustun 9-da keçirilmiş Rusiya Futbol Çempionatının oyunu idi. Həmin oyunda meydan sahibi "Ufa" qonaq komanda olan Sankt-Peterburq şəhərinin "Zenit" futbol klubuna 0:1 hesabı ilə məğlub olmuşdur"Уфа" – "Зенит". Матч состоится в Уфе . sports.ru.

İnfrastruktur Stadionun tribunalarının yarısı üstüaçıq, digər yarısı isə üstübağlı formadadır. Stadionun futbol meydançasının ölçüləri 105x68 m-dir. Stadionda atletizm üçün 400 m-lik yer, rəqəmsal elektron tablo, inzibati bina vardır.

Həmçinin bax Neftyanik stadionu (İşimbay)

İstinadlar

Xarici keçidlər Башкирская энциклопедия

Kateqoriya:Başqırdıstan stadionları Kateqoriya:1967-ci ildə yarananlar Kateqoriya:Ufa FK Kateqoriya:Ufadakı idman qurğuları