Çaldıran döyüşü — Fərman Kərimzadənin 1984-85-ci illərdə yazdığı tarixi romanTarixi romanlar müəllifi: Fərman Kərimzadə. metodik vəsait / tərt.ed.: R.Məmmədli; ix. red. və burax. məsul: Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2022. səh. 18.
Əsərin adı 1514-cü ildə Səfəvilərlə Osmanlılar arasında baş vermiş Çaldıran döyüşündən götürülmüşdür.S.Vurğun adına Mərkəzi Kitabxananın Metodika-biblioqrafiya şöbəsi. Metodik vəsait. Sumqayıt – 2017. səh. 3
Müəllifin ən məşhur əsərlərindən hesab olunur.
"Xudafərin körpüsü" dilogiyasının 2-ci və sonuncu hissəsidir.Qəzənfər Kazımov. "Ağlın və qəhrəmanlığın vəhdəti haqqında roman. Fərman Kərimzadə. Seçilmiş əsərləri. 5 cilddə. 2-ci cild. Bakı. "Ağrıdağ". 2003. səh. 313
Məzmun
Roman görkəmli dövlət xadimi, sərkərdə və şair, ulu tariximizdə xüsusi yeri olan Şah İsmayıl Xətainin həyatından, çoxcəhətli ictimai fəaliyyətindən bəhs edən "Xudafərin körpüsü" dilogiyasının ikinci hissəsidir. Siyasət meydanına yenicə qədəm qoyan Şah İsmayılın vahid və qüdrətli Azərbaycan uğrunda apardığı gərgin mübarizələr, ağıllı dövlət xadiminin mədəniyyətin və sənətin yüksəlməsinə göstərdiyi qayğı, xalqımızın orta əsr məişət tərzi romanın əsas mövzusudur.
Nəşr
Kitab ilk dəfə 1987-ci ildə "Yazıçı" nəşriyyatında Kiril qrafikalı Azərbaycan əlifbası ilə çap edilib.
Latın qrafikalı Azərbaycan əlifbası ilə ilk dəfə Fərman Kərimzadənin qızı Qəmər Kərimzadənin təşəbbüsü və şəxsi vəsaiti hesabına 2003-cü ildə müəllifin 5 cildlik Seçilmiş əsərlərinin 2-ci cildi kimi Bakıda, “Ağrıdağ” nəşriyyatında, 328 səhifədə, 1000 tirajla nəşr edilib.Kərimzadə Fərman. Seçilmiş əsərləri, 5 cilddə, 2-ci cild, Çaldıran döyüşü (roman), B., "Ağrıdağ", 2003, 328 s.
Roman 2016-cı ildə Bakı Kitab Klubunda 368 səhifədə, 100 tirajla çap olunmuşdur.
2020-ci ildə Bakıda, "Qanun" nəşriyyatında 400 səhifədə təkrar nəşr edilmişdir.
Qəbulu
"Şərq" qəzetindəki "Yazıçı, şəxsiyyət..." adlı məqalədə Şah İsmayıl haqqında tutarlı bir əsər olan bu dilogiyanın özünün kino təcəssümünü gözlədiyi qeyd edilib.
Filologiya elmləri doktoru Vaqif Yusifli "Dilimiz varlığımız" saytındakı "Hanı Fərmanın, dağlar?" başlıqlı məqaləsində bu dilogiyanın tarixi hadisələrə və tarixi şəxsiyyətlərə utilitar baxışdan çox uzaq olduğunu yazır.
Əntiqə Rəşid "Ədalət" qəzetindəki "52 illik ömrün keşməkeşləri" başlıqlı məqaləsində dilogiyanın yüksək ideya-estetik keyfiyyətləri, güclü ictimai-siyasi məziyyətləri ilə yanaşı, quruluş, dil xüsusiyyətləri ilə də diqqəti çəkdiyini bildirib.
Həmçinin bax
Qızılbaşlar Bakı-1501
İstinadlar
Xarici keçidlər