Təbriz namusu — Fərman Kərimzadənin tarixi romanı
Məzmun
“Təbriz namusu” əsərində Fərman Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Uzaq keçmişimizə parlaq güzgü tutmağa çalışan müəllif üçün başlıca mənbə isə orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin "Tarixlər toplusu" ("Came ət-təvarix") əsəridir. Fəzlullah Rəşidəddinin yaradıcılığında mühüm yer tutan bu əsərdə XIII-XIV əsrlərdə müsəlman Şərqində, xüsusilə Azərbaycanda Elxanilər hökmdarlarının dövrü təsvir olunur və F.Kərimzadə də bu nöqtədə tarixçi ilə birgə hərəkət edir. Lakin yazıçı tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir.
Nəşr
Roman 2017-ci ildə Bakı Kitab Klubunda 256 səhifədə çap edilmişdir.
İstinadlar
Həmçinin oxu
Tehran Əlişanoğlu. Tarixlə belletrizmin arasında (F.Kərimzadənin «Təbriz namusu» romanı haqqında) - «Ədəbi tənqid» jurnalı, 1992-ci il № 1, s. 76-79
Xarici keçidlər
Kateqoriya:Tarixi romanlar