Azərbaycan qəzetləri — Azərbaycan Respublikasında və Azərbaycan dilində nəşr olunan dövri informasiya və ictimai-siyasi nəşrlərdir. Azərbaycan qəzetçiliyi XIX əsrdən etibarən formalaşmış və ölkənin ictimai, siyasi və mədəni həyatında mühüm informasiya vasitəsinə çevrilmişdir.

Tarixi inkişaf

Qafqazda 1828-ci ildən çıxmış ilk rusdilli qəzet olan Tiflisskiye vedomostidə Azərbaycanla əlaqəli məqalələr də dərc edilirdi. Azərbaycan dilində ilk qəzet 1831-1833-cü illərdə Tiflisdə çap edilmiş Tiflis əxbarıdır ("Tatar xəbərləri" ("Татарские вести")). "Tiflis əxbarı" qəzeti "Tiflisskiye vedomosti" qəzetinin bir neçə dillərdəki əlavələrindən biri idi. 1838-ci ildən Tiflisdə rusca nəşr olunan "Zaqafqazski vestnik" ("Закавказский вестник") qəzetinin nəzdində 1841-1843-cü illərdə "Qafqazın o tayının əxbarı" adlı Azərbaycan dilində xüsusi səhifə və ya bülleten formatında materiallar hazırlanıb. 1846-cı ildən Tiflisdə nəşr olunmağa başlayan rusdilli "Kavkaz" qəzetində Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı və digər görkəmli Azərbaycan maarifçilərinin əsərləri, tərcümələri və onlar haqqında resenziyalar yer almışdır. İndiki Azərbaycan ərazisində çap olunmuş ilk qəzet 1871-1872-ci illərdə rus dilində çap edilmiş Bakinski listok qəzetidir. Bu qəzetlərə nisbətən daha uzunömürlü Bakı qəzeti isə 1876-cı ildən etibarən 10 ildən çox fasiləsiz nəşr edilmiş Bakinskiye izvestiya olub.

Azərbaycan milli mətbuatının əsası 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan "Əkinçi" qəzeti ilə qoyulmuşdur. "Əkinçi" həm Azərbaycan, həm də ümumən müsəlman Şərqində yerli dildə nəşr olunan ilk qəzet hesab olunur.

XIX əsrin sonu – XX əsrin əvvəllərində "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kaspi", "İrşad", "Tərəqqi", "Həyat", "Məktəb", "İqbal" kimi qəzetlər fəaliyyət göstərmişdir. Bu dövrdə qəzetlər əsasən maarifçilik, ictimai islahatlar və milli oyanış ideyalarının yayılmasında mühüm rol oynamışdır.

Sovet dövrü

1920-ci ildə Sovet hakimiyyətinin qurulmasından sonra qəzet nəşri dövlət nəzarətinə keçmişdir. Bu dövrdə qəzetlər kommunist ideologiyasının təbliği və siyasi maarifləndirmə məqsədləri ilə nəşr edilirdi.

Sovet illərində Azərbaycan SSR-də bir sıra respublika, şəhər və rayon qəzetləri nəşr olunurdu. Ən iri mətbu orqanlardan biri 1919-cu ildən müxtəlif adlarla çıxan və 1959-cu ildən "Kommunist", 1991-ci ildən isə "Xalq qəzeti" adı ilə fəaliyyətini davam etdirən dövlət qəzetidir. Həmçinin "Bakinskiy raboçiy", "Ədəbiyyat və incəsənət", "Uçitel Qazeti", "Gənc işçi", "Azərbaycan pioneri" kimi qəzetlər də nəşr edilirdi.

Müstəqillik dövrü

1991-ci ildən sonra Azərbaycan qəzetləri müstəqil şəkildə fəaliyyət göstərməyə başlamışdır. Bu mərhələdə həm dövlət, həm də özəl və müstəqil nəşrlər meydana çıxmışdır. Yeni dövr qəzetləri arasında "525-ci qəzet", "Yeni Müsavat", "Azadlıq", "Ədalət", "Kaspi", "Şərq", "Bakı Xəbər", "Həftəiçi", "Reytinq", "Palitra" və digərləri yer alır.

Bu dövrdə qəzetlər siyasi plüralizmin, iqtisadi islahatların və mədəni transformasiyanın informasiya daşıyıcısına çevrilmişdir. Bəzi qəzetlər partiyaların və ictimai təşkilatların orqanı kimi fəaliyyət göstərir.

Rəqəmsal keçid

XXI əsrdə qəzet nəşri tədricən rəqəmsal formata keçmişdir. Əksər qəzetlərin onlayn versiyaları yaradılmış, bəziləri isə yalnız internet üzərindən fəaliyyətini davam etdirmişdir. Elektron qəzetlər real vaxtda xəbərlərin yayılması və interaktiv əlaqə imkanları ilə fərqlənir.

Hazırkı vəziyyət

Hazırda Azərbaycanda dövlət, özəl və ictimai qurumlara məxsus onlarla qəzet nəşr olunur. Nəşrlərin bir qismi gündəlik, bir qismi isə həftəlik və ya aylıq formatda çıxır. Azərbaycan, rus, ingilis və digər dillərdə nəşr olunan qəzetlər ölkə daxilində və xaricdə yayılır.

Tənəzzül

Azərbaycanda çap mediasının sayının azalması 1990-cı illərin sonlarından başlayıb. 2010-cu illərdə qəzetlərin tirajı kəskin aşağı düşüb, reklam bazarı daralıb, mətbəə və kağız xərcləri durmadan artıb. Bu dövrdə bir çox müstəqil və gündəlik qəzet fəaliyyətini dayandıraraq onlayn formata keçib.

2022-ci ildə qəbul edilmiş yeni "Media haqqında" Qanun və media reyestri çap orqanları üçün əlavə tənzimləmə mexanizmləri yaradıb. 2023–2024-cü illərdə isə reyestr tələbləri, qeydiyyat prosedurları və nəşr qaydaları çap subyektlərinin fəaliyyət sahəsini daha da məhdudlaşdırıb.

Beynəlxalq media azadlığı təşkilatlarının hesabatlarında bildirilir ki, çap mediasının zəifləməsi təkcə iqtisadi səbəblərlə bağlı deyil. Onların qiymətləndirməsinə görə, müstəqil qəzetlərin fəaliyyət imkanlarının daralması, reklam bazarına çıxışın məhdudlaşdırılması və redaksiyaların təzyiq riski ilə üzləşməsi medianın dayanıqlığını ciddi şəkildə zəiflədir. Bu qurumlar həmçinin informasiya mühitinin mərkəzləşdirilməsi və jurnalistlərin təqib hallarını medianın müstəqilliyinə ən böyük zərbə kimi qeyd edirlər.

Gündəlik {| class="sortable wikitable" ! width="10%" | Ad ! width="15%" | Format ! width="2%" | Yaranma ! width="20%" | Sahibi ! width="5%" | Dil ! width="23%" | Siyasi mövqeyi

| Azərbaycan|| Berliner || 1992 || Milli Məclis || rowspan="5" | Azərbaycanca || rowspan="5" | Hakimiyyətyönümlü |- | Xalq qəzeti|| Broadsheet || 1919 || Prezidentin İşlər İdarəsi (ARPİİ) |- | Yeni Azərbaycan|| || 2008 || Yeni Azərbaycan Partiyası

Həftəlik {| class="sortable wikitable" ! width="10%" | Ad ! width="6%" | Nəşri ! width="15%" | Format ! width="2%" | Təsis tarixi ! width="20%" | Sahibi ! width="5%" | Dil ! width="23%" | Siyasi mövqeyi

| Bakı Xəbər|| Cümə || || 2003 || Aydın Quliyev || rowspan="16" | Azərbaycanca || rowspan="24" | Hakimiyyətyönümlü |- | Bütöv Azərbaycan|| Cümə || || 2008|| Tamxil Ziyəddinoğlu |- | Cümhuriyət|| Cümə || Broadsheet || 1993 (I); 2015 (II) || Rəfail Becanov |- |Dərbənd |Cümə axşamı | |1920 |DRMİA |- | Ədalət || Cümə || Broadsheet || 1990 || Aqil Abbas |- | Həftəiçi || Cümə axşamı || Broadsheet || 1998– || Sevinc Seyidova |- | Hürriyyət|| Çərşənbə axşamı || || 1991 || Sərdar Cəlaloğlu |- | Xalq Cəbhəsi|| Cümə axşamı || Broadsheet || 2001|| Elçin Mirzəbəyli |- | İki sahil|| Həftədə 2 dəfə || || 1965|| SOCAR |- | Paralel || || ||2003 || |- | Olaylar|| Cümə || || 1995|| Yunus Oğuz |- | Səs|| Həftədə 2 dəfə || Broadsheet || 1990 || "Əlincə" Azərb. Xeyr. Cəmiyyət (1990); Səs Media Qrup |- | Şərq || Cümə || Broadsheet || 1996 || Akif Aşırlı |- | Təzadlar|| || Broadsheet || 1993 || Asif Mərzili |- | Türküstan|| Çərşənbə axşamı || Broadsheet|| 2006|| Aqil Camal |- | Unikal|| Şənbə || Broadsheet || 2010|| Asif Rzayev |- | Yeni Müsavat|| Çərşənbə || Broadsheet || 1989 || Rauf Arifoğlu |- | 525-ci qəzet|| Cümə|| Broadsheet || 1992 || Rəşad Məcid |- | AzerNews|| Cümə || Berliner || 1997 || Fazil Abbasov || İngiliscə |- | Bakinski raboçi (Бакинский рабочий) || Cümə || Broadsheet || 1906 || ARPİİ || Rusca |- | Vışka (Вышка) || Cümə || || 1928 || SOCAR || Rusca |- | Kaspi (Каспий) || Bazar || Broadsheet || 1999 || "İntellekt" firması (1999–2012) Sona Vəliyeva (2012–2020)Global Media Group (2021) | Rusca və Azərbaycanca |- | Nedelya (Неделя) || Bazar || Berliner || 1997 || Saimat Balamətova|| Rusca |- | Novoye Vremya (Новое Время) || Həftəlik || Broadsheet || 1999 || Şakir Ağayev || Rusca

Mütəxəssis və ya mövzulu {| class="sortable wikitable" ! width="10%" | Ad ! width="6%" | Nəşri ! width="15%" | Format ! width="2%" | Təsis tarixi ! width="20%" | Sahibi ! width="5%" | Dil ! width="23%" | Mövzu |- | Azərbaycan müəllimi || Cümə || || 1934 || Elm və Təhsil Nazirliyi || rowspan="28" | Azərbaycanca || Təhsil |- | Azərbaycan Ordusu|| || || 1992|| Müdafiə Nazirliyi|| Hərbi |- |Azerbaijan Post |Aylıq | |2009 |Heydərbaba Media Group |Az. Dia., Az. Məd., siy. |- | Bakı Universiteti|| || || 1929 || BDU || Ali təhsil |- |Bizim söz

|2012 (II) |BDU |K/x.ç. & inform. |- | Əsgər|| Həftəlik |||| 1992|| Daxili Qoşunlar|| Hərbi |- | Elm|| Cümə || || 1984 || Azərbaycan Milli Elmlər Akademiyası || Elm |- | Ədəbiyyat|| Bazar || Berliner || 1934 || Azərbaycan Yazıçılar Birliyi || Ədəbiyyat |- | Ədliyyə || Aylıq |||| 2004|| Ədliyyə Nazirliyi|| Ədliyyə |- | Futbol+|| Günaşırı|| Berliner || 1997|| Vüqar Məmmədov || Futbol |- || Gənc müəllim|| Aylıq || || 1958 || ADPU || Pedaqogika |- | Həkəri|| Ayaşırı |||| 2003 || Hacı Əli Xankişiyev || |- | Hərbi and|| || || 2002|| Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB || Hərbi |- | İdmançı|| |||| 1998|| AİA|| İdman |- | İnşaatçı kadrlar || || || 1983|| ADMİU || İnşaat |- |İqtisadçı|| |||| 1970|| UNEC|| İqtisadiyyat |- | İqtisadiyyat|| Həftəlik || Broadsheet || 1999 || Ziyad Səmədzadə || İqtisadiyyat |- |İşin sirri |Aylıq | |2024 |Elnur İsmayılov |Peşə təm. sinif. |- | Məktəbli|| Aylıq |||| 2023|| "Əcəmi" NPB|| Orta təhsil |- | Olimpiya dünyası || Həftəlik |||| 2001|| Milli Olimpiya Komitəsi|| Olimpiya |- | Polis|| Həftəlik || || 1933|| DİN|| Hüquq-mühafizə |- | Saldo || Aylıq |||| 2019|| Rəcəb Vəfalı İsmayılov|| İq.ic.əd.bəd.pub. |- | Savalan || Çərşənbə axşamı|| || 1938 || Azərbaycan LKGİ (1938–1990)Azərbaycan Gənclər İttifaqı (2000-dən) || Uşaq |- | Təbib|| Həftəaşırı |||| 1933 || ATU || Tibbi təhsil |- | Tibb|| Aylıq |||| 1991 || Səhiyyə Nazirliyi || Səhiyyə |- |Ülfət|| Cümə axşamı || || 1991 || Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası || Həmkarlar ittifaqı |- |Zəfər Yolu |Aylıq | |2023 |GDU / Tarix və Coğrafiya fakültəsi |Tələbə

Regional {| class="sortable wikitable" ! width="15%" | Ad ! width="6%" | Nəşri ! width="10%" | Format ! width="2%" | Təsis tarixi ! width="20%" | Sahibi ! width="5%" | Dil ! width="23%" | Siyasi mövqeyi |- | Abşeron |||||| 1962|| Abşeron Rayon İcra Hakimiyyəti (RİH)|| rowspan="5" | Azərbaycanca || rowspan="37" | Hakimiyyətyönümlü |- | Ana Kürüm||Aylıq|| || 1924|| Salyan RİH, Rüstəm Məlikov |- | Ağdaş|| Aylıq|| || 1932 || Ağdaş Rayon İcra Hakimiyyəti (RİH) |- | Ağstafa|| Həftəaşırı |||| 1991 || Ağstafa RİH |- |Ağsu

|1954 |Ağsu RİH |- | Astara||Aylıq|| || 1932 || Astara RİH ||Az. |- |Bərgüşad ||Aylıq|| || 1937|| Qubadlı RİH|| rowspan="2" |Az. |- | Dərələyəz || Həftəaşırı || || 2011 || Raqub Kamalov |- |Dodo |Aylıq | |2017 |İradə Məlikova |Talışca və Az. |- || Əkinçi|| Aylıq || || 1935|| Zərdab RİH || rowspan="6" | Az. |- |Gəncənin səsi|| Həftəaşırı || || 1920|| Gəncə Şəhər İcra Hakimiyyəti (ŞİH) |- |Xaçmaz

|1932 |Xaçmaz RİH |- | Kəlbəcər harayı|| || || 1934|| Kəlbəcər RİH |- | Kür-Araz || || || 1930|| Sabirabad RİH, Elçin Nəsib |- | Qəbələ|| Aylıq || || 1933 || Qəbələ RİH |- | Qusar|| || || 1932|| Qusar RİH || Az. və ləzgicə |- | Laçın|| || || 1931|| Laçın RİH|| Az. |- | Lənkəran||Rüblük|| || 1931|| Lənkəran ŞİH|| Az. |- | Məhsul|| Aylıq || || 1931 || Biləsuvar RİH || rowspan="27" | Az. |- |Naftalan |Aylıq | |1992 |Naftalan ŞİH |- |Neftçala–Gündoğar|| Aylıq || || 1931 || Neftçala RİH |- |Oğuz xəbərləri |Aylıq | |2025 |Oğuz RİH |- | Sözün işığı ||Aylıq|| || 2003 || |- | Sumqayıt|| || || 1952|| Sumqayıt ŞİH |- | Şəki || Aylıq || Berliner || 1921 || Şəki ŞİH |- | Şəki Bələdiyyəsi || Aylıq || Broadsheet || 2005 || Şəki Şəhər Bələdiyyəsi |- |Şəlalə |Ayaşırı | |1931 |Qax RİH |- | Şərq qapısı|| Gündəlik || Broadsheet || 1921 || NMR Ali Məclisi və Nazirlər Kabineti |- | Şirvan ||Bazar|| || 1930|| Şirvan ŞİH |- | Şuşa|| |||| 1931|| Şuşa RİH |- | Tovuz|| Aylıq|| || 1929 || Tovuz RİH |- | Ulu Xudafərin|| Aylıq || || 2025|| Şakir Albalıyev |- |Yeni Balakən |Aylıq | |2024

| Yeni Gəncə || Aylıq |||| 1996 || Yeni Azərbaycan Partiyası |- | Yeni Həyat|| |||| 1932|| Masallı RİH |- | Yeni Tərtər|| Aylıq |||| 1934|| Tərtər RİH |- | Zaqatala|| Aylıq || || 1923|| Zaqatala RİH

Nəşrini dayandıran

Həmçinin bax

Azərbaycanda nəşr olunmuş qəzetlərin siyahısı Azərbaycan jurnallarının siyahısı Azərbaycan xəbər saytlarının siyahısı Azərbaycanda televiziya

Qeydlər

İstinadlar

Ədəbiyyat

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası: Odlar yurdu Azərbaycan. İnzibati-ərazi vahidləri

Xarici keçidlər Azərbaycan Milli Kitabxanasının saytında Dövri mətbuat