thumb|320px| Bəhreyn

Bəhreyn (ərəb. البحرين) və ya rəsmi adı ilə Bəhreyn Krallığı (ərəb. مملكة البحرين) — Fars körfəzində yerləşən ada dövlət. Bəhreyn Səudiyyə Ərəbistanından 16 kilometr məsafədə üç nisbətən iri və xeyli kiçik adalarda yerləşir və Ərəbistan yarımadasına Kral Fəhd Körpüsü ilə birləşmişdir. Paytaxtı və ən böyük şəhəri Manama şəhəri, ümumi sahəsi 780 kvadrat kilometrdir. Bəhreyn Asiya qitəsində Sinqapur və Maldivdən sonra üçüncü ən kiçik dövlətdir. Bu ölkə həm də ən kiçik ərəb dövlətidir.

Tarix Bəhreyn haqqında ilk məlumat e.ə. IV–III minilliklərə aid edilir. Qədim mixi kitabələrdə e.ə. IV minilliyə aid "Dəlmun" adlı İkiçayarası (Dəclə və Fərat) ölkələrindən bəhs olunur. Bəhreynin İkiçayarası ölkələri mədəniyyətləri ilə güclü ticari əlaqələri mövcud olmuşdur. Eramızın başlanğıcında Bəhreyn ərəb əmirliyi idi. 4–6-cı əsrlərdə Bəhreyn Sasanilər dövlətinə, sonra isə ərəb xilafətinə daxil edilmişdir. 9-cu əsrin sonunda Bəhreyni Qərmətilər dövləti işğal etmişdir. 10–11-ci əsrlərdə Qərmətilər dövlətinin mərkəzi olmuşdur. 13-cü əsrin ortalarında Bəhreyn istiqlaliyyət qazanmış, lakin tezliklə Hürmüzd əmirliyinə birləşdirilmişdir. 16-cı əsrin əvvəllərində Bəhreyni portuqallar işğal etmiş, 17-ci əsrin birinci rübündə onlar ölkədən qovulduqdan sonra Bəhreyn Səfəvilər dövlətinin tərkibinə daxil edilmişdir.Cole, p. 186 18-ci əsrin 80-ci illərində azad olan Bəhreyni 1871-ci ildə Böyük Britaniya öz protektoratlığına çevirdi. Birinci Dünya müharibəsi dövründə Bəhreyndə İngiltərənin iri hərbi bazası yaradılmışdır. İran hökuməti Bəhreyni qanunsuz olaraq işğal edilmiş İran ərazisi hesab edirdi. 20-ci illərin sonunda Amerikanın "Bəhreyn petroleum kompani"(BAPKO) neft şirkəti Bəhreynə soxulmağa başladı. ABŞ Böyük Britaniya hökumətinin razılığı ilə 1930-cu ildə Bəhreyn şeyxi ilə müqavilə bağladı. Müqaviləyə görə, ABŞ 69 il müddətinə neft kəşfiyyatı və çıxarılması üzrə konsessiya aldı. İDM dövründə İngiltərə Bəhreynə iri qoşun hissələri göndərdi. 1946-cı ildən Bəhreynin Manama şəhəri İran körfəzində İngiltərə hökumətinin iqamətgahına çevrildi.

1918-ci ildən Bəhreyndə genişlənən milli-azadlıq hərəkatı İDM-dən sonra yenidən vüsət aldı. 1950-ci illərin axırlarından hərəkata Bəhreyn Milli Azadlıq Cəbhəsi (1959-cu ildə yaradılmışdır) rəhbərlik etməyə başladı. Onun rəhbərliyi ilə 1961, 1963, 1965, 1967 və s. illərdə çıxışlar olmuşdur.

1968-ci ildə Bəhreyn, Qətər və Müqaviləli Oman Ərəb Əmirlikləri Federasiyasını yaratdılar. 1971-ci il avqustun 14-də Bəhreyn müstəqil suveren dövlət elan edildi və BMT-nin 26-cı sessiyasında BMT-yə üzv qəbul olundu. 1972-ci ilin martında Bəhreyndə zəhmətkeşlərin kütləvi tətilləri oldu. 1973-cü ilin iyununda Müəssislər Məclisinin hazırladığı konstitusiya qəbul olundu, dekabr ayında isə ilk dəfə Milli Məclisə seçkilər keçirildi. Milli Məclis siyasi partiyaların, həmkarlar ittifaqlarının açıq fəaliyyət göstərməsini, fəhlələrə tətil hüququ verilməsini və ABŞ qoşunlarının ölkədən çıxarılmasını tələb etdiyi üçün 1975-ci il avqustun 26-da əmir Milli Məclisi buraxdı, 50-dən çox demokratik fikirli və sol siyasi xadim həbs edildi.

80-ci illərdə neft sənayesinin inkişafı Bəhreynin çiçəklənməsinə gətirib çıxardı. 1999-cu ilin mart ayında Hamad bin İsa əl-Xəlifə atası İsa bin Səlman əl-Xəlifənin yerinə hakimiyyətə keçdi. Bəhreyn çox böyük dəyişikliklərin şahidi oldu. 1975-ci ildə fəaliyyəti dayandırılan Milli Məclis yenidən fəaliyyətə başladı, qadınlara səsvermə hüququ verildi, siyasi məhbuslar azad edildi. Bu hadisələri Beynəlxalq Amnistiya Təşkilatı Bəhreyndə insan hüquqlarının qorunmasının bariz nümunəsi kimi təsvir etdi. 2002-ci ilin fevralında vətəndaş səsverməsinə əsasən, Bəhreyn krallığa çevrildi. Həmçinin konstitusiya da qüvvədə qaldı.

2011-ci ildə Bəhreyn "Ərəb baharı" adı ilə tanınan iğtişaşlar dalğasının şahidi oldu. Nümayişçilər 14 fevralda Lulu rayonunda kral tərəfindən qəbul olunan Milli Əmək Nizamnaməsinə 10 qeydin əlavə edilməsi tələbilə etiraz aksiyası keçirdilər. Bu iğtişaşlara siyasi və iqtisadi islahatların həyata keçirilməsini tələb edən müxalifət rəhbərlik edirdi. 17 fevralda Bəhreyn Təhlükəsizlik qüvvələri bu iğtişaşlara müdaxilə etdi. Bu müdaxilə nəticəsində çoxlu sayda ölən və yaralananlar oldu. 25 fevralda kral Hamad bin İsa 4 naziri vəzifədən uzaqlaşdırdı. Lakin onun bu addımı müxalifəti razı salmadı və iğtişaş və nümayişlər davam etdi. Martın 15-də Bəhreyn hökuməti ölkədə 3aylıq fövqəladə vəziyyət elan etdi. Lakin 1 iyun 2011-ci ildə fövqəladə vəziyyət ləğv olundu.

Coğrafiya

Bəhreyn Krallığı Asiyanın cənub-qərbində Fars körfəzində yerləşən kiçik ada dövlətidir. 3 böyük və çoxlu sayda xırda adalardan ibarətdir. Arxipelaqda ən böyük ada Bəhreyn adasıdır (uzunluğu 55 km (34 mil), eni 18 km (11mil)). Səudiyyə Ərəbistanı Bəhreyn ilə Kral Fəhd körpü yolu vasitəsilə birləşir. Hazırda Bəhreyn-Qətər körpü planı hazırlanır ki, bu plan həyata keçiriləndən sonra Bəhreyn körpüsü dünyanın ən böyük körpüsü olacaqdır. Bəhreyn arxipelağı, əsasən, səhra və quru düzənliklərdən ibarətdir. Ən yüksək nöqtəsi hündürlüyü 122 m. olan Cabal-əd-Duxxan (Tüstü) dağıdır. Bəhreynin sahəsi 765 km-dir. Lakin dənizin torpaqla doldurulması nəticəsində sahəsi bir qədər genişləndirilməkdədir. Bəhreyn arxipelağı 51 adadan ibarətdir. Bəhreyn qərbdən Səudiyyə Ərəbistanı (24 km), cənub-şərqdən Qətərlə (26 km) həmsərhəddir. Ölkə ərazisinin yalnız 1%-ini əkinçilik üçün yararlı torpaqlar təşkil edir. Ərazisinin 92%-ni əhatə edən səhralar quru və toz fırtınaları ilə xarakterikdir. Bəhreynin ən böyük şəhəri özündə bir neçə kəndi birləşdirən paytaxt Manama şəhəridir. Bəhreyn Beynəlxalq Hava limanı Manamanın şərqində yerləşən əl-Muharraq şəhərindədir. Əsas sənaye şəhərləri Sətra (Sətra adasında yerləşir) və Məamir (qədim sənaye şəhəri) şəhərləridir.

Bəhreynin coğrafi və hərbi–strateji mövqeyi əlverişlidir. Dünyanın mikrodövlətlərindən biri hesab edilən Bəhreynin sahəsi 690 kv. km-dir. Bu arxipelaq 33 ada və adacıqdan ibarətdir. Bu adalardan ancaq beşi məskunlaşıb. Ən iri ada olan Bəhreynin uzunluğu 50, eni isə 16 km-dir. Nisbətən digər iri adaları Mühərrək, Sitra, Umm-Nəsən, Umm-əs-Sübhan və Ciddədir. Bəhreyn adası Mühərrək və Sitra adaları ilə torpaq bəndlər vasitəsilə birləşdirilmişdir. 1986-cı ilin noyabrında Bəhreyn adasını Səudiyyə Ərəbistanı ilə birləşdirən Kral Fəhd körpüsü salınmışdır. Asiyada ən uzun (25 km) 7 torpaq bənddən və onları birləşdirən 5 körpüdən ibarət olan həmin yolun su üzərində ümumi uzunluğu 12,5 km-dir. Ən böyük torpaq bəndin uzunluğu 2,3 km-dir.

Torpaq, bitki örtüyü və heyvanat aləmi Bəhreyndə tropik səhra landşaftı vardır. Adalarda qumlu torpaqlar yayılmışdır. Bəhreyn torpaqları çaylardan məhrum, yağıntısı çox az olan, tropik günəşdən qarsalanmışdır. Burada yersltı sularla suvarılan vahələr çoxdur. Səhra rayonlarında quraqlığa davamlı tikanlı kollar, gəvən, yovşan, şoranotu, şoranlıq qamışı, dəvətikanı, yulğun və s. bitir.

Adalarda heyvanat aləmi əsasən səhra quşları, gəmiricilər və sürünənlərdən ibarətdir. Dəniz faunası zəngindir. Burada 400-dən artıq balıq növü vardır. Sahil sularında dəniz tısbağası, mərcan adalarında mirvari mollyusku, xərçəngin müxtəlif növləri çoxdur. Bəhreyndə Əl-Əreyn qoruğu yaradılmışdır.Cabir Məmmədov, Həbibə Soltanova, Ərəb ölkələrinin coğrafiyası, s.23

İqlimi və Daxili suları thumb|right|250px|Bəhreyndə çimərlik Ərəbistan yarımadasının digər ölkələri kimi Bəhreyn də şimal yarımkürəsinin subtropik səhra bölgəsində yerləşir. Buna görə də Bəhreyn təbiəti quraq və isti iqlimə malik olub flora və fauna aləminin yoxsulluğu, daimi axar çaylarının olmaması ilə səciyyələnir. Bəhreyndə iki iqlim mövsümü: may ayından oktyabra kimi isti və quraq keçən yay (iyul–avqust aylarının orta temperaturu 37°S), nisbətən yağmurlu keçən payız (yanvar – may) mövsümlərin dəyişməsi o qədər də hiss olunmur. İran körfəzində yerləşən başqa əmirliklərdən fərqli olaraq Bəhreyndə yay aylarında gecə və gündüz temperaturu arasında fərq 40-dən artıq olmur. Yayda havanın rütubətliliyi yüksək olduğundan adamı taqətdən salan üzücü istilər olur. Yağışlar əsasən dekabr–may aylarında, İran körfəzi üzərindən nisbətən soyuq hava kütlələrinin keçdiyi vaxtlara təsadüf edir. Yağıntı qısa müddətdə leysan şəklində düşür. Orta hesabla adalara ildə 100 –110 mm yağıntı düşür. İl ərzində əsən şimal-qərb küləkləri (ərəblər bunu şimal küləyi adlandırırlar) hərdən o qədər güclü olur ki, İran körfəzində kiçik gəmilərin hərəkətinə çətinlik törədir. Bu küləklər Ərəbistan səhraları üzərindən qumları göyə sovuraraq İran körfəzi tərəfə qovur. Qonşu ərazilərin, o cümlədən adaların üzərini narın toz dumanı bürüyür. Toz dumanının arxasında, hətta Günəş də tutqun görünür. Tozlu isti hava adama şiddətli hərarət gətirir.

Bəhreyndə yerüstü sular olmasa da adalar, xüsusilə Bəhreyn, Mühərrək, Sitra, Umm–Nəsən qrunt suları ilə zəngindir. Adaların əksəriyyətində şirin yeraltı sular səthə çıxır. Həmin suların mənbəyi Ərəbistan yarımadasıdır. Bəhreyn, Mühərrək, Sitra adaları yeraltı sularla daha zəngindir. Bu sular yer səthinə "kuanats" adlandırılan yeraltı kanallar vasitəsilə çıxarılır. Bəhreyn adasında tarixi abidə kimi qorunan kuantslar IV yüzilliyə aid edilir. Neft, metallurgiya və başqa sahələrin inkişafı ilə əlaqədar su qıtlığının qarşısı dəniz suyu təmizləyən qurğuların tikilməsi ilə alınır.Cabir Məmmədov, Həbibə Soltanova, Ərəb ölkələrinin coğrafiyası, s.22

İnzibati bölgü Bəhreyndə ilk bələdiyyə 8üzvdən ibarət Manama bələdiyyəsidir. O, 1919-cu ilin iyul ayında yaradılmışdır. Manama bələdiyyəsi öz növbəsində Ərəb Dünyasında yaradılmış ilk bələdiyyədir. Bələdiyyə seçkiləri hər il keçirilir. Bələdiyyələr yolların təmizlənməsi, mağaza və ticarət məntəqələrinin icarəsi işinə cavabdehdir. Həmçinin 1929-cu ildən etibarən yolların genişləndirilməsi, bazar və yarmarkaların açılması məsələləri də bələdiyyələrin öhdəliyinə verilmişdir. 1958-ci ildən bələdiyyələr suyun saflaçdırılması (təmizlənməsi) planlarını da icra etməyə başladılar. 1960-cı ildə Bəhreyndə bələdiyyələrin sayı 4-ə çatdırıldı: Manama, əl-Hadd, əl-Muharraq, ər-Rifa. Növbəti 30 il ərzində 4 bələdiyyə 12 bələdiyyəyə bölündü. Bunların arasında Hamad və İsa şəhər bələdiyyələrini də göstərmək olar. Bütün bu bələdiyyələr Manama şəhərində yerləşən və üzvləri kral tərəfindən müəyyənləşdirilən Mərkəzi Bələdiyyə Şurasında tabedir.

Bəhreyndə ilk planlı bələdiyyə seçkiləri istiqlaliyyət qazanmazdan öncə, 1971-ci ildə keçirilmiş, daha sonra isə 2002 və 2010-cu illərdə baş tutmuşdur.

Dövlət quruluşu və siyasəti