Özbəkistan Hava Yolları (, , Rəsmi adı:Özbəkistan Hava Yolları Milli Hava Şirkəti ASC) — Özbəkistanın ən böyük aviaşirkəti və Özbəkistan Respublikasının bayraq daşıyıcısı. Özbəkistan Hava Yollarının qərargahı Daşkənd şəhərində, beynəlxalq standartlara və Beynəlxalq Mülki Aviasiya Təşkilatının II kateqoriyasına cavab verən Daşkənd Beynəlxalq Hava Limanı yerləşir.

Tarixi thumb|Özbəkistan Hava Yollarına aid bir Ilyushin Il-114 təyyarəsi Daşkənd Beynəlxalq Hava Limanının yaxınlığında (2012). Sovet İttifaqının dağılmasından sonra, Özbəkistan prezidenti İslam Kərimov 1992-ci ildə "Özbəkistan Hava Yolları"-nın yaradılmasına icazə vermişdir. Aviaşirkət 28 yanvar 1992 tarixində təsis edilmiş, 31 may 1992 tarixində isə "Aeroflot"-un Özbəkistan bölməsinin əməliyyatlarını ələ almışdır. Hava yolunun ilk reysi Daşkənddən Londona idi.

2000-ci ilin aprel ayında aviaşirkətdə 16,296 işçi var idi. Hal-hazırda donanma üç Airbus A310-300, üç Antonov An-12, bir Antonov An-24, 18 Antonov An-24B, üç Antonov An-24RV, üç Boeing 757-200, iki Boeing 767-300ER, üç Avro RJ85s, dörd Ilyushin Il-114, iki Ilyushin Il-62, altı Ilyushin Il-62M, Ilyushin Il-76T, Ilyushin Il-86, 15 Tupolev Tu-154B, iki Tupolev Tu-154M və 19 Yakovlev Yak-40-dan ibarətdir. O vaxtda Özbəkistan Hava Yolları Almatı, Amsterdam, Əndican, Aşqabad, Afina, Bakı, Banqkok, Pekin, Bişkek, Buxara, Çelyabinsk, Dehli, Dəkkə, Yekaterinburq, Fərqanə, Frankfurt, İstanbul, Ciddə, Karşi, Kazan, Xabarovsk, Kuala Lumpur, London, Mineralnıye Vodı, Səmərqənd, Seul, Şarja, Simferopol, Sankt-Peterburq, Daşkənd, Tel-Əviv, Termiz, Tyumen, Ufa, Urqenç, Moskva, Naxçıvan, Nyu-York, Novosibirsk, Nukus, Omsk, Paris, Ər-Riyad və Rostov-na-Don şəhərlərinə xidmət edirdi.

Aviaşirkət, daxili uçuşlarda əvvəllər "Aeroflot"-a məxsus olan rus istehsalı olan təyyarə istifadə edirdi. Beynəlxalq marşrutlar prioritetləşdirildikdə, 1993-cü ildə təqdim edilən Airbus təyyarələrindən istifadə edilməyə başlandı.

"Özbəkistan Hava Yolları" 2014-cü ildə 2,625 milyon sərnişin daşıyıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.9% azdır, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4.6% artıb. 2015-ci ildə aviaşirkət Avropa İttifaqından uçuş icazəsi aldı.

İstiqamətlər "Özbəkistan Hava Yolları" yarandığı gündən sərnişin xidmətini Qərbi Avropa və digər beynəlxalq məntəqələrə yönəldib. Ən çox beynəlxalq uçuşlar Daşkənddən fəaliyyət göstərir. Özbəkistanın bayraq daşıyıcısı heç bir tərəfdaşlıq və ya hava yolu ittifaqının üzvü deyil.

Kod-paylaşımı sazişi thumb|Özbəkistan Hava Yollarına aid bir Boeing 787-8 dreamliner təyyarəsi Atatürk Beynəlxalq Hava Limanınında "Özbəkistan Hava Yolları" aşağıdakı aviaşirkətlərlə kod-paylaşımı sazişini imzalayıb:

airBaltic Belavia Korean Air Malayziya Hava Yolları S7 Airlines Ural Airlines

Donanma

İndiki donanma Avqust 2016-cı ildən bəri aviaşirkət aşağıdakı təyyarələri idarə edir:  + Özbəkistan Hava Yolları DonanmasıTəyyarəDonanmadaSifariş edilənSərnişinlərQeydlərFCYCəmiAirbus A320-20010——12138150Özbəkistan hökuməti üçün fəaliyyət göstərən bir təyyarəBoeing 757-2006——28156184Özbəkistan hökuməti üçün fəaliyyət göstərən bir təyyarəBoeing 767-300ER7—1040157207Özbəkistan hökuməti üçün fəaliyyət göstərən bir təyyarə—18246264Boeing 787 Dreamliner24—24222246Ilyushin Il-114-1007———5454Bir təyyarə saxlanılırÖzbəkistan Hava Yolları Yük DonanmasıAirbus A300-600F2—YükBoeing 767-300F2—YükCəmi364

Donanma inkişafı thumb|266x266px|Özbəkistan Hava Yollarına aid bir Boeing 767-300ER təyyarəsi Domodedovo Beynəlxalq Hava Limanınında (2006). "Özbəkistan Hava Yolları" Ilyushin Il-114-ün buraxılış müştərisi idi. Aviaşirkət, Özbəkistanda yığılan ilk təyyarəni 1998-ci ilin iyul ayında almışdır.

2007-ci ilin ortalarında Özbəkistan Respublikasının bayraq daşıyıcısı altı Airbus A320 ailəsi sifariş etmişdi. O dövrdə aviaşirkətin donanmasında 55 təyyarə var idi. On müxtəlif təyyarə modellərindən ibarət olan Rusiyanın istehsal etdiyi Yakovlev Yak-40 bunların arasında idi. Həmin il aviaşirkət iki Boeing 787 Dreamliner sifariş etdi.

"Özbəkistan Hava Yolları", ən köhnə iki Boeing 767-300ER-lərin yük təyyarələrinə kovertasiya edilməsinə qərar verdi. İlk təyyarələrin konvertasiyası 2014-cü ilin dekabr ayında başa çatdırılmışdır. 2014-cü ilin sonlarında konvertasiya edilmiş ikinci təyyarə Daşkəndə gəldi.

"Özbəkistan Hava Yolları" ilk Boeing 787 Dreamliner-nı 2016-cı ilin avqust ayının sonlarında almışdır. Boeing 787 Dreamliner-ın Biznes Sinfində Özbəkistanın bayraq daşıcısının ilk tam hamar oturacaqları mövcuddur.

Köhnə donanma thumb|2006-cı ildə Domodedovo Beynəlxalq Hava Limanındakı taksi yolunda bir Airbus A310-300. Bayraq daşıyıcısı, 2013-ci ilin iyul ayında aktiv xidmətdən təqaüdə çıxdı. "Özbəkistan Hava Yolları" aviaşirkəti əvvəllər aşağıdakı təyyarələri idarə etmişdir:

Airbus A310-300 Antonov An-24B Antonov An-24RV Avro RJ85 Ilyushin Il-62 Ilyushin Il-62M Ilyushin Il-76T Ilyushin Il-86 Tupolev Tu-154B Tupolev Tu-154M Yakovlev Yak-40

Qəzalar və hadisələr Aviasiya Təhlükəsizliyi Şəbəkəsinə görə, 2013-ci ilin yanvar ayından etibarən aviaşirkətin tarixi boyunca 54 şəxsin həlak olduğu səkkiz qəza və hadisə baş vermişdir. Yalnız ölüm halları və gövdə zərərlərini əhatə edənlər aşağıda verilmişdir: TarixYerTəyyarəQuyruq nömrəsiÖlümlərHadisənin izahıİstinadlarNukus, ÖzbəkistanUK-33058BilinmirQəza şəhərdən uzaqda naməlum şərait altında baş vermişdir.Aviasiya Təhlükəsizliyi Şəbəkəsində UK-33058 üçün qəza təsviri . Alınma tarixi: 18 oktyabr, 2011.Dördgöl, ÖzbəkistanYakovlev Yak-40UK-87848/33Təyyarə, Dördgöl Hava Limanında ikinci bir dövrdən sonra elektrik xəttlərinə dəydikdən sonra qəzaya uğradı. Təyyarə Daşkənddən Dördgölə gedirdi.Aviasiya Təhlükəsizliyi Şəbəkəsində UK-87848 üçün qəza təsviri . Alında tarixi: 30 sentyabr, 2011.Daşkənd, ÖzbəkistanYakovlev Yak-40UK-87985/37Təyyarə Termezdən Daşkəndə planlaşdırılmış sərnişin xidmətini, daxili reysi "Uçuş 1154" adıyla gedirdi. Aviator hava limanına çatdıqda, təyyarəni Daşkənd Beynəlxalq Hava Limanının uçuş-enmə zolağından uzaqda endirdi.Aviasiya Təhlükəsizliyi Şəbəkəsində UK-87985 üçün qəza təsviri . Alınma tarixi: 24 sentyabr, 2011.Arançı, ÖzbəkistanAntonov An-2TPUK-70152/15Arançı aerodromuna yaxınlaşanda, hərbi təlim uçuşu keçirərkən, pis hava şəraitində qəzaya uğrayıb.Aviasiya Təhlükəsizliyi Şəbəkəsində UK-70152 üçün qəza təsviri . Alınma tarixi: 6 noyabr, 2011.Zarafşan, ÖzbəkistanAntonov An-24RVUK-46658Zarafşan hava limanında uçuş cəhdi zamanı şassinin erkən geri çəkilməsi nəticəsində təyyarə qəzaya uğramışdır.Aviasiya Təhlükəsizliyi Şəbəkəsində UK-46658 üçün qəza təsviri . Alınma tarixi: 6 noyabr, 2011.

Sərnişin dövriyyəsi İlSərnişin dövriyyəsi20082,06 milyon20091,885 milyon20102,160 milyon20112,32 milyon20122,64 milyon2013Məlumat yoxdur20142,572 milyon20152,572 milyon

Həmçinin bax Daşkənd Beynəlxalq Hava Limanı Azərbaycan Hava Yolları

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Özbəkistan aviaşirkətləri Kateqoriya:1992-ci ildə yarananlar