Tur Heyerdal Ekspozisiya Muzeyi — Qərb Universitetində fəaliyyət göstərən muzeyTur Heyerdal Ekspozisiya Muzeyi . wu.edu.az . Qərb Universitetinin fəxri professoru Tur Heyerdala həsr olunmuş Mini Sərgi Mərkəzidir.
Tarixi Muzey 2014-cü ildə yaradılmışdır. Belə ki, həmin ilin 12-20 may tarixində keçirilmiş Tur Heyerdalın 100 illiyinə həsr olunmuş Film Festivalı çərçivəsində universitetdə sərgi otağının rəsmi açılışı olmuşdur.
Muzeyin yaradılmasında "Azerbaijan İnternational Magazine" jurnalının redaktoru Betti Bleyerin böyük köməyi olmuşdur.
Yeri Muzey universitetin əsas binasının ikinci mərtəbəsində yerləşir.
Eksponatları Burada alimin sənədli filmləri, qəzet və jurnal məqalələri, ekspedisiyaları haqqında kitablar, bəziləri Tur Heyerdalın özü tərəfindən yazılmış xatirələr, əl yazılı açıqcalar, möhtəşəm səyahətlərindən şəkillər, eləcə də Azərbaycana səfərləri zamanı çəkilmiş fotoların daxil olduğu arxiv materialları toplanmışdır.
Tur Heyerdalın bu kitabları da Qərb Universiteti tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdu: Kon-Tiki səyahəti Ra ekspedisiyası Tədqiqatlar silsiləsi (I-IX kitablar)
İstinadlar
Kateqoriya:Tur Heyerdal Kateqoriya:Qərbi Kaspi Universiteti Kateqoriya:2014-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Bakı muzeyləri Kateqoriya:2014-cü ildə yaradılmış muzeylər