Hadisələr 15-23 yanvar – Sankt-Peterburqda Ümumrusiya müsəlmanlarının II qurultayının keçirilməsi. 5 avqust – İranda Müzəfərəddin şah tərəfindən konstitusiya haqqında fərman verilməsi. 16-23 avqust – Nijni-Novqorodda Ümumrusiya müsəlmanlarının III qurultayının keçirilməsi. 7 oktyabr - İranda Birinci Məclisin Çağrılması, İranın ilk Konstitusiyasının qəbul edilməsi. 30 dekabr – İranda Müzəfərəddin şah tərəfindən Konstitusiyanın qüvvəyə minməsi haqqında fərman verilməsi. İntellektual Mülkiyyət Müvəkkillərinin Beynəlxalq Federasiyasının təşkil olunması. Orenburq-Daşkənd dəmiryol xəttinin istifadəyə verilməsi. 24 mart - Bakının küçələrinin ilk dəfə olaraq elektriklə işıqlandırılması. 7 aprel — Azərbaycanın ilk satirik jurnalı olan "Molla Nəsrəddin"in birinci sayının Tbilisidə çapdan çıxması. 16 aprel - "Dəbistan" maarifçi jurnalının Bakıda nəşrə başlaması. 27 aprel - Sankt-Peterburqda Rusiya İmperiyasının parlamenti — I Dövlət Dumasının fəaliyyətə başlaması. 31 may – Azərbaycanda I Dövlət Dumasına seçkilərin keçirilməsi. 15 avqust — Azərbaycan müəllimlərinin I qurultayının keçirilməsi. Ləki yağ zavodu əsasında "Qafqaz yağ zavodu" səhmdar cəmiyyətinin təsis edilməsi. Qalakənd mis saflaşdırma zavodunun fəaliyyətinin dayandırılması. "Nəşri-maarif" və "Nicat" cəmiyyətlərinin yaradılması. Bakının Keşlə kəndi yaxınlığında Cənubi Qafqazda ilk sement zavodunun inşa edilməsi. 1 noyabr Bakıda Əli bəy Hüseynzadənin redaktorluğu ilə "Füyuzat" jurnalının (1906-1907) nəşr olunması.
Doğumlar Leonid İliç Brejnev. 15 fevral — Musa Cəlil (v. 1944), tatar şairi, Sovet İttifaqı Qəhrəmanı. Səməd Vurğun — Azərbaycan şairi, Azərbaycan SSR-nin ilk xalq şairi. 7 iyul - Anna Mari Han - alman əsilli amerikalı seriyalı qatil.
Ölümlər 22 oktyabr — Pol Sezan, fransız rəssam 12 dekabr — Mixail Konovalov
İstinadlar
Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri