Hadisələr Böyük Britaniya kəşfiyyat xidməti orqanının - MI5-in yaradılması. 1 yanvar - Böyük Britaniyada ilk dəfə təqaüdlərin verilməsinə başlanılması. 4 mart - ABŞ prezidenti postunda Vilyam Taftın Teodor Ruzvelti əvəz etməsi. 6 aprel - Rusiya ilə Türkiyə arasında Bolqarıstanın müstəqilliyi ilə bağlı müqavilə imzalanması. 13 aprel — Osmanlı İmperiyasında 31 mart hadisələri adlanan Gənc türklər inqilabı baş tutdu. 27 aprel — Osmanlı sultanı II Əbdülhəmid devrilərək yerinə qardaşı V Mehmed Rəşad taxta çıxarıldı. 16 iyul: İranda Məhəmmədəli şahın hakimiyyətdən devrilməsi və onun oğlu Əhmədin şah elan edilməsi. Audi kompaniyasının əsasının qoyulması. 19 noyabr - İranda ikinci Məclisin ilk iclasının keçirilməsi. Hindistanda Kəlkəttədə " Hind elminin inkişaf assosiasiyası" adlı cəmiyyətin yaradılması. Tel-Əviv şəhərinin əsasının qoyulması. 30 noyabr – Ü.Hacıbəyovun "Şeyx Sənan" operasının ilk tamaşası.
Doğumlar 20 mart - Mehdi Hüseynov – yazıçı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964), SSRİ Dövlət mükafatı laureatı (1950) 5 aprel - Asəf Zeynallı - Görkəmli bəstəkar. 16 sentyabr - Orucova İzzət Mirzəağa qızı - Görkəmli alim , akademik. Səttar Bəhlulzadə - Görkəmli Azərbaycan rəssamı. Şəmsi Bədəlbəyli - Xalq artisti, rejissor . Mehmed Nizaməddin Əfəndi
Ölümlər İsmayıl xan Ehsan xan oğlu Naxçıvanski, rus ordusunda general. German Minkovski