Firuzə Məmməd qızı Məmmədova () — Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi (1962–1963).
1927-ci ildə Şuşa şəhərində anadan olub. Ağdamda Müəllimlər İnstitutunu və iki illik partiya məktəbini bitirib. Bir neçə il maarif sahəsində işləyən F.Məmmədova sonralar Partiya işində çalışıb. 1962-ci ilin martından 1963-cü ilə - Qubadlı rayonu Zəngilan rayonuna birləşənə kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi olub.
İstinadlar
Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Azərbaycan Kommunist Partiyası Qubadlı Rayon Komitəsinin birinci katibləri