Adın sirri və tale. Qurban Səid qısametrajlı sənədli filmi rejissor Murad Muradov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film "Ritm Prodakşn"da istehsal edilmişdir. Film Azərbaycanlı mühacir jurnalist və yazıçısı Məhəmməd Əsəd bəyin 105 illik yubileyinə həsr edilib.
Məzmun Film Azərbaycanlı mühacir jurnalist və yazıçısı Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığından bəhs edir. Məhəmməd Əsəd bəy Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Almaniyaya mühacirət edib. O, Avstriya və İtaliyada da məskunlaşıb. Ağır xəstəlikdən vəfat etmiş nasir İtaliyada Neapol yaxınlığında, Pozitano adlı yerdə dəfn olunub.“Adın sirri və tale“
Film Məhəmməd Əsəd bəyin 105 illik yubileyinə həsr edilib.
Filmin üzərində işləyənlər Ssenarist: Həsən Quliyev Rejissor: Murad Muradov Operator: Mətləb Yaquboğlu Prodüser: Həsən Quliyev, Çingiz Abdullayev
Montaj: Rəhimov Əsgər Rəssam: Olqa Şabanova
Rollarda Elvin Mirzəyev Nigar Həsənzadə
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2010-cu ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2010-cu ilin filmləri Kateqoriya:2010-cu ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər