Bil () — İsveçrənin şimal qərbində, Bern kantonunda şəhər.

Əhalisi Əhalisi 51,6 min (2011; şəhərətrafı ilə təqribən 75 min).

Coğrafiyası Yura dağ massivinin şərq ətəyində, Aare çayı sahilindədir. İri nəqliyyat qovşağı. Bil Sürix–Lozanna, Bern–Bazel, Bil–Le-Lokl mühüm dəmiryol xətlərinin kəsişdiyi yerdədir. Şəhərdən Sürix–Zolo turn–Nevşatel–Bezanson (Fransa) və Bern–Bil avtomobil magistralları keçir. Bil gölü sahilində yerli əhəmiyyətə malik portdur.

Tarixi 1230-cu ildən məlumdur.

İqtisadiyyatı left|thumb|Bildə Kandino binası İqtisadiyyatında xidmət sektoru üstünlük təşkil edir (turizm, rabitə və nəqliyyat, işgüzar xidmətlər). Bil mühüm turizm (o cümlədən xarici) mərkəzidir.

Memarlığı Şəhər teatrı, de Poş, de Qrenuy teatrları, "Karnenuar" uşaq teatrı və s. var. 1977-ci il dən ənənəvi şahmat festivalları keçirilir).

Sənayesi Maşınqayırma və metal emalı (saat, dəqiq dəzgahlar və velosipedlər istehsalı üzrə zavodlar) daha çox inkişaf etmişdir. Zərgərlik, poli qrafiya, tikiş, yeyinti sənayesi müəssisələri var.

Qalereya

Həmçinin bax Sürix Cenevrə Bern Monte

İstinadlar

Xarici keçidlər Şəhərin rəsmi internet səhifəsi

Kateqoriya:İsveçrə şəhərləri