“Bild” (“Das Bild”) — Almaniyada nəşr olunan ən iri gündəlik kütləvi qəzet.

Haqqında 1952-ci ildə mediamaqnat Aksel Sezar Şpringer tərəfindən təsis edilmişdir. 1971-ci ildədək “Bild Saytunq” (“Bild Zeitung”) adlanmışdır. Almaniyanın 29 iri mərkəzində, Malyorka və Qran-Kanariya adalarında həftədə 6 dəfə olmaqla (32 buraxılış) nəşr olunur. Mənzil-qərargahı Hamburqda yerləşir; baş redaktoru K. Dikmanndır (2005). Gündəlik realizə olunan tirajı 3,83 mln. nüsxədir (2005). 1956-cı ildən “Bild am Zonntaq” (“Bild am Sonntag”) həftəsonu buraxılışı 2,04 mln. nüsxə tirajla nəşr edilir. Əsas nəşrə əlavə kimi “Bild der Frau” (1983-cü ildən), “Auto-Bild” (1986-cı ildən), “Şport-Bild” (“Sport-Bild”, 1988-ci ildən), “Kom pyüter-Bild” (“Computer-Bild”, 1996-cı ildən) və s. xüsusi buraxılışları çap olunur.

Həmçinin bax Hamburq

İstinadlar

Xarici keçidlər Bild rəsmi internet səhifəsi

Kateqoriya:Almaniya qəzetləri Kateqoriya:Alman dilində qəzetlər